Cümə günü, 23 oktyabr 2026
     

XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

Image


Bəşər tarixini eyni zamanda müharibələr tarixi kimi də xarakterizə etmək olar. Qədim zamanlardan bu günki günümüzə qədər müxtəlif dinlər, müdrik insanlar bəşəriyyəti sülhə dəvət etsələr də elə bir ciddi nəticələr əldə olunmayıb. Milyonlarla insanın ölümünə, faciəsinə səbəb olan belə müharibələrdən biri hazırda davam edən Rusiya-Ukrayna müharibəsidir.

Müharibənin səbəbləri

Rusiya-Ukrayna müharibəsini postsovet məkanında dövlətlərarası ərazi münaqişəsi, geosiyasi rəqabət, təhlükəsizlik qarşıdurması və milli suverenlik məsələlərinin birləşdiyi mürəkkəb bir müharibə kimi xarakterizə etmək mümkündür. Fikrimizcə bu müharibənin səbəblərini münaqişənin tarixi və geosiyasi köklərində, eləcə də Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlayarkən irəli sürdüyü iddalarda axtarmaq lazımdır.

Rusiya hakimi dairələri Ukraynanı uzun illər “tarixi rus torpaqlarının” və “rus dünyasının” ayrılmaz hissəsi kimi görməsi, Ukraynanın isə milli kimliyini gücləndirməsi, kilsənin müstəqilliyi kimi məsələlər iki ölkə arasında ideoloji ziddiyyətləri dərinləşdirmişdir.

SSRİ-nin süqutundan (1991) sonra Rusiya və Ukrayna arasında tarixi, iqtisadi, hərbi və mədəni əlaqələr davam etsə də, onların gələcək inkişaf istiqamətləri getdikcə fərqlənməyə başlamışdı. Getdikcə Ukrayna öz müstəqilliyini möhkəmləndirməyə və Avropa strukturları ilə inteqrasiyaya, Rusiya isə keçmiş sovet məkanında imperiya siyasətini davam etdiridi.Məhz bu amil iki ölkə arasında mühüm geosiyasi ziddiyyətə çevrildi.

NATO-nun şərqə doğru genişlənməsi, Ukraynanın gələcəkdə NATO-ya üzv olmaq istəyi Moskva ilə Kiyev arasında qarşıdurmanın əsas səbəblərindən birinə çevrildi.

Ukraynada Avropaya inteqrasiya tərəfdarının hakimiyyətə gəlməsi və 2014-cü ildə Rusiyanın Krımı işğal etməsi ilə müharibənin başlanğıc nöqtəsi qoyuldu. BMT Baş Assambleyası Krımda keçirilmiş referendumun Ukraynanın ərazi bütövlüyünü dəyişdirmək üçün əsas ola bilməyəcəyini bildirsə də Rusiya buna əhəmiyyət vermədi. Ukraynanın şərqindəki Donetsk və Luqansk bölgələrində Rusiyanın iştirakı və dəstəyi ilə başlanan separatçı hərəkatlar ziddiyyətləri daha da kəskinləşdirdi.

Rusiya 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində NATO-nun genişlənməsinə və Ukrayna ilə hərbi əməkdaşlığına etirazın bildirdi. Diplomatik danışıqlar bu ziddiyyətləri aradan qaldıra bilmədiyinə görə 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk separatçı qurumlarını müstəqil dövlətlər kimi tanıdı. Bundan sonra fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı. BMT Baş Assambleyası 2 mart 2022-ci il tarixli ES-11/1 saylı qətnaməsi ilə Rusiyanın hərbi müdaxiləsini pislədi və qoşunlarını Ukraynadan çıxarmağı tələb etdi.

Müharibənin mərhələləri

Fikrimizcə, hazırda davam edən müharibənin aşağıdaki mərhələlərini qeyd etmək olar:

I mərhələ - 2014-cü il - Krımın Rusiya tərəfindən ilhaqı və Donbasda silahlı toqquşmaların başlanması. Bu mərhələ 2022-ci ilədək davam edən hərbi-siyasi qarşıdurmanın əsasını qoydu.

II mərhələ - fevral–mart 2022: Rusiya qüvvələri şimaldan, şərqdən və cənubdan Ukrayna ərazisinə daxil oldu. Kiyev istiqamətində hücum, eləcə də Xarkov və cənub bölgələrində döyüşlər müharibənin ilk mərhələsini təşkil edir. Ukrayna qüvvələri paytaxt Kiyevi müdafiə edərək işğalına imkan vermədilər.

III mərhələ — aprel–avqust 2022 - Rusiya qüvvələri Kiyev ətrafından geri çəkildikdən sonra Donbas istiqamətində hücumu gücləndirdi. Mariupol uğrunda döyüşlər və şəhərin Rusiya qüvvələrinin nəzarətinə keçməsi bu mərhələnin mühüm hadisələri oldu.

IV mərhələ — sentyabr–noyabr 2022 - Ukraynanın əks-hücumları.Ukrayna ordusu Xarkov vilayətində əhəmiyyətli əraziləri geri aldı. Noyabrda Xerson şəhəri Ukraynanın nəzarətinə qaytarıldı. Rusiya isə sentyabrda Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələrinin ilhaqını elan etdi. Rusiyanın bu təcüvüzü beynəlxalq səviyyədə geniş şəkildə pislənildi.

V mərhələ — 2023-cü il: Baxmut uğrunda ağır döyüşlər, genişmiqyaslı artilleriya atəşləri, dronlardan istifadə və Ukraynanın əks-hücum əməliyyatları ön plana çıxdı. Canlı qüvvə sarıdan hərf iki tərfdə ciddi itkilər baş verirdi.

VI mərhələ — 2024-cü il: Bu mərhələdə dronlar, uzaqmənzilli zərbələr, elektron mübarizə, hava hücumundan müdafiə və enerji infrastrukturuna hücumlar müharibənin mühüm xüsusiyyətlərinə çevrildi.

VII mərhələ — 2025–2026-cı illər: Hərbi əməliyyatlarla yanaşı, beynəlxalq vasitəçilik, atəşkəs və mümkün siyasi nizamlanma məsələləri gündəmdədir.

İştirak edən tərəflərə, məqsədlərə, miqyasına, aparılma üsuluna və istifadə olunan vasitələrə görə müharibələrin- Dünya, Dövlətlərarası, Vətən , Vətəndaş, Milli-azadlıq , Dini müharibə, Soyuq , İnformasiya, hətta Hibrid, Kibermüharibə və s. formaları mövcuddur.

Rusiya-Ukrayna müharibəsinin gedişini təhlil edərək bu müharibədə - Dövlətlərarası, Vətən, Milli-azadlıq, İnformasiya, hətta Vətəndaş və Dini müharibə formaları özünü büruzə verir. Bunlardan etnik və dini baxımdan çox yaxın olan rusi və ukrayna xalqları üçün ən dəhşətlisi fikrimizcə vətəndaş və dini müharibədir.

Rusiya–Ukrayna müharibəsində vətəndaş müharibəsinə xas olan əsas xüsusiyyətləri

Rusiya–Ukrayna müharibəsində vətəndaş müharibəsinə xas olan bəzi əlamətlər müşahidə olunur. 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyindən sonra ölkənin müxtəlif bölgələrində siyasi istiqamət və dövlətin gələcəyi ilə bağlı kəskin fikir ayrılıqlarının yaranması, Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərində Ukrayna hakimiyyətinə qarşı silahlı separatçı hərəkatların meydana çıxması, Ukrayna vətəndaşlarının bir hissəsinin seperatçılara qoşularaq onları dəstəkləməsi, eyni dövlətin vətəndaşlarının biri-biri ilə vuruşması, Ukrayna hökumət qüvvələri ilə separatçı qüvvələr arasında döyüşlərin aparılması, yerli əhalinin siyasi seçimlərə görə parçalanaraq qarşı-qarşıya durması da vətəndaş müharibəsinin xarakterini özündə əks etdirir. Bu məsələ KİV-də bəzi yazılarda öz əksini tapıb. Belə yazılardan biridə deyilir: “Bugünlərdə Ukraynadan Rusiya ərazisinə keçən və özlərini “Rusiya Könüllü Korpusunun” döyüşçüləri adlandıran silahlı birliklər Belqorod şəhərinin ətrafındakı müxtəlf məntəqələri ələ keçiriblər. Rusiya ordusu rus könülllərini qəsəbədən sıxışdırıb çıxara bilməyib. Başqa sözlə, ruslar ruslarla savaşırlar.” https://modern.az/az/dunya/415038/rusiya-vetendash-muharibesi-ile-uzleshib/

Hətta adı açıqlanmayan xidmətdə olan Rusiya ordusunun generalı “Russian Exo” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, “...Rusiya Ukraynaya müdaxiləsini dayandırmasa, gələn il ərzində daxili silahlı münaqişələr və dövlətin süqutu ilə üzləşəcək.” ttps://sia.az/az/news/world/1348071.html

Rus və ukrayna xalqının slavyan xalqlarına aid olması, Ukraynanın hərbi əməliyyatlar gedən şərq bölgələrində etnik rusların yaşaması da müharibəyə vətəndaş müharibəsi forması verir. Rus qoşunları şərqi Ukraynada hərbi əməliyyatlar apararkən əhalinin digər millətlərə aid hissəsi ilə birlikdə rusları da qırması, başqa sözlə bu müharibədə rusların bir-biri ilə vuruşması Rus - Ukrayna müharibəsinə vətəndaş xarakteri verir. Bu məsələ barədə Beynəlxalq Böhran Qrupunun Donbas münaqişəsinə dair təhlili və İsveç Beynəlxalq Əlaqələr İnstitutunun 2024-cü il tarixli Why the Donbas War Was Never “Civil” hesabatında maraqlı faktlar var. Hesabatda separatizmin güclənməsi, Ukraynanın yeni hakimiyyətinin qarşılaşdığı problemlər, Rusiyanın müdaxiləsi və “Novorossiya” ideyasının meydana çıxması təhlil olunur. Hesabatda müharibənin qarşısını almaq üçün siyasi dialoq və beynəlxalq səylərin əhəmiyyəti xüsusi qeyd edilir.

Ukraynada 2001-ci ildə keçirilmiş əhalinin siyahıya alınmasına görə Ukraynada 8 334 100 nəfər etnik rus yaşayırdı ki, bu da ümumi əhalinin 17,3%-ni təşkil edirdi. Ukraynanın bəzi vilayət, şəhər və kənd rayonlarında ruslar əhalinin 20 % -dən çoxunu təşkil edirdi. Məsələn, Donetsk vilayətində əhalinin 38,2 %-ni, Luqansk vilayətində 39,0 %-ni, Xarkov vilayətində 25,6 %-ni, Zaporojest vilayətində 24,7 %-ni, Odessa vilayətində 20,7 %-ni etnik ruslar təşkil edirdi. Ukraynanın bəzi şəhərlərində ruslar əhalinin dah çox faizini təşkil edirdi. Məsələn Perşotravensk şəhər əhalisinin 34,0 %-i, Xarkov şəhər əhalisinin 33,2 %-i, Slavutiç şəhərinin 30,0 %-i, Odessa şəhər əhalisinin 29,0 %- etnik ruslardan ibarət idi.

Rusiya-Ukrayna müharibəsində din, dini simvollar, kilsələrin mövqeyi və dini kimlikdən siyasi məqsədlər üçün istifadə edilməsi bu müharibədə dini müharibələrə xas bəzi xüsusiyyətləri üzə çıxarır.

Dini müharibəyə xas olan əsas xüsusiyyətlər

Moskva Patriarxı Kirill və Rusiya Pravoslav Kilsəsinin rəhbərliyi müharibəyə dini məna verən bəyanatlar səsləndirməsi, 2024-cü ilin martında Ümumdünya Rusiya Xalq Şurasının sənədində Ukraynaya qarşı müharibənin “müqəddəs müharibə” kimi təqdim olunması, bu müharibənin dini ritorika ilə əsaslandırılmasının konkret nümunəsidir.

Moskva Patriarxlığı ilə 2019-cu ildə müstəqil idarə olunması statusu almış Ukrayna Pravoslav Kilsəsi arasında münasibətlərin müharibə zamanı daha da kəskinləşməsi, dini mərasimlərin və simvolların hərbi məqsədlərlə istifadəsi, bəzi kilsə rəhbərlərinin hərbçilərə xeyir-dua verməsi, müharibə zamanı kilsə və digər dini obyektlərin dağıdılması, dini icmalara, din xadimlərinə qarşı təzyiqlər və s. dini müharibəyə xas olan əsas cəhətlərdir.

ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının hesabatında işğal altındakı ərazilərdə dindarlara, din xadimlərinə olan təzyiqlərlə bağlı faktlar sənədləşdirilib.

Rusiya tərəfdarları ortaq tarix, pravoslavlıq və mədəni bağlılığı əsas götürdüyü halda, Ukrayna tərəfdarları dini müstəqillik məsələsini dövlət suverenliyi və milli özünüdərk məsələləri ilə əlaqələndirirlər. Bu yanaşmalar dini fərqləri siyasi qarşıdurmanın bir hissəsinə çevirmişdi. Bu məsələlər Zacarias Negronun - “Kimə çox şey verilib: Rus Pravoslav Kilsəsinin Rusiya–Ukrayna müharibəsində rolu” adlı məqaləsində geniş şərh edilib. Məqalədə qeyd olunur ki, “2024-cü ilin martında Rus Pravoslav Kilsəsinin Ukraynadakı müharibəni “müqəddəs müharibə” kimi təqdim etməsi Rusiya–Yaponiya müharibəsindən sonra ilk dəfə olaraq rəsmi şəkildə irəli sürülüb. Bu dinin müharibənin ideoloji əsaslandırılmasında yeni mərhələyə keçdiyini göstərir.”

Rusiya “Rus dünyası” anlayışını rus dili, rus mədəniyyəti, pravoslavlıq və ümumi tarixi kimliklə əlaqələndirilməklə özünü sadəcə suveren dövlət kimi deyil, daha geniş mədəni-mənəvi məkanın qoruyucusu kimi təqdim edir. Məqalədə bunun Ukraynaya qarşı işğalçı siyasətin əsaslandırılmasına xidmət etdiyi bildirilir.

Rusiya-Ukrayna müharibəsinin 2014-cü ildən başlayaraq danışıqlar yolu ilə dayandırmaq üçün aşağıdakı konkret işlər görülüb:

- Minsk razılaşmaları (2014–2015-ci illər). Fransa, Almaniya, Ukrayna və Rusiyanın iştirakı ilə Normandiya formatında danışıqlar aparıldı. Minsk protokolu və 2015-ci il Minsk-2 razılaşması atəşkəs, ağır silahların geri çəkilməsi, əsirlərin dəyişdirilməsi və Donbasın siyasi statusu kimi məsələləri əhatə edirdi. Razılaşmalar münaqişəni dayandıra bilmədi.

- Türkiyənin vasitəçiliyi ilə İstanbul danışıqları (2022-ci il).Türkiyə Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlara ev sahibliyi etdi. Təhlükəsizlik təminatları, Ukraynanın hərbi-siyasi statusu və mümkün razılaşmanın şərtləri müzakirə olundu. Lakin yekun sülh sazişi imzalanmadı.

- Qara dəniz taxıl təşəbbüsü (2022–2023-cü illər). BMT və Türkiyənin vasitəçiliyi ilə Ukrayna limanlarından taxılın ixracına imkan yaradan mexanizm quruldu. Bu, müharibəni bitirməsə də, ərzaq təhlükəsizliyinin qorunması və dəniz nəqliyyatının təşkili baxımından mühüm diplomatik nəticə idi. Rusiya 2023-cü ildə təşəbbüsdə iştirakını dayandırdı.

- Ukraynanın sülh formulu ətrafında Səudiyyə Ərəbistanı Ciddə şəhərində və digər platformalarda beynəlxalq məsləhətləşmələr keçirildi( 2023–2024-cü illər). Əsas məsələlər ərazi bütövlüyü, nüvə təhlükəsizliyi, ərzaq və enerji təhlükəsizliyi, əsirlərin və deportasiya edilmiş uşaqların qaytarılması idi. Rusiya bu məsləhətləşmələrin hamısında iştirak etmədiyindən ümumi razılaşma əldə olunmadı.

- ABŞ-ın vasitəçiliyi (2025-ci il) ilə Ukrayna və Rusiya arasında atəşkəs və sülh imkanlarının müzakirəsinə başlandı. Müsbət nəticə əldə olunmadı.

- 2026-cı ilin oktyabrına olan məlumatlara əsasən, diplomatik fəaliyyət təkcə ümumi sülh sazişinə deyil, həm də müəyyən sahələrdə məhdud atəşkəsə yönəlib. Lakin hələlik heç bir müsbət nəticə əldə olunmayıb.

Təkcə region üçün deyil, bütüm bəşəriyyət üçün təhlükəyə çevrilmiş Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatması, sülh sazişinin imzalanması üçün səylər hazırda da davam edir. Fikrimizcə milyonlarla insanı vaciələrə düçar edən bu müharibəni dayandırmaq üçün tərəqipərvər bəşəriyyət bütün qüvvələrini səfərbər etməlidir.

Məhərrəm Zülfüqarlı
t.ü.e.d., professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ