Cümə axşamı günü, 22 oktyabr 2026
     

Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

Image


Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmədən bildirilib ki, qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxsin cinayət işi üzrə qəbul olunub. Ali Məhkəmə işin hallarına hüquqi qiymət verərək məhkumun əməlini zəruri müdafiə həddini aşmaqla qəsdən adamöldürmə kimi tövsif edib və cəzasını 1 il 6 aya endirib.

Cinayət işinin materiallarına əsasən, təqsirləndirilən şəxsin qızı uzun müddət həyat yoldaşı tərəfindən ailə-məişət münasibətləri zəminində fiziki və mənəvi zorakılığa məruz qalıb. Müxtəlif vaxtlarda qadına əl və ayaq zərbələri endirilib, kəsici alətlə xəsarətlər yetirilib, nəticədə onun sağlamlığına yüngül və az ağır zərər vurulub. Qadının həyat yoldaşı onun müstəqil qərar qəbul etmək hüququnu tanımayıb, öz icazəsi olmadan hər hansı addım atmasını yolverilməz hesab edib. Qızının davamlı zorakılığa məruz qalması və ailədə sərbəst qərar vermək imkanlarının məhdudlaşdırılması atasının kürəkənindən ciddi narazılığına səbəb olub.

2024-cü il yanvarın 18-də qadın yaşadığı evdə yenidən əri tərəfindən döyülüb. Nəticədə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və digər xəsarətlər alıb. Zorakılıqdan xilas olmaq istəyən qadın azyaşlı uşağı ilə birlikdə evdən qaçaraq yaxınlıqdakı mağazada gizlənib və atasından kömək istəyib. Ata qızını və nəvəsini öz evinə aparıb, səhhəti pisləşən qızını isə xəstəxanaya yerləşdirib. Lakin kürəkən həyat yoldaşının evdən getməsini qəbul etməyərək, həmin gün qayınatasının yaşadığı evə gəlib. Burada aqressiv davranıb, onu sakitləşdirməyə çalışan şəxslərə qarşı da zorakılıq nümayiş etdirib. Hadisə barədə məlumat alan qayınata xəstəxanadan evə qayıdaraq kürəkənini söhbətə dəvət edib. O, qızına qarşı davamlı zorakılığın və onun evdən getməsinə aqressiv etirazının səbəblərini aydınlaşdırmağa çalışıb. Lakin kürəkən qayınatasına kobud münasibət göstərərək qızını döyməsi ilə bağlı “yaxşı edirəm, döyürəm” deyə cavab verib. Bundan sonra ona şillə vurub, gödəkcəsində gizlətdiyi mətbəx bıçağını çıxararaq hücum edib və baş nahiyəsinə xəsarət yetirib.

Qarşıdurma zamanı kürəkənin ilişərək yıxılmasından istifadə edən qayınata bıçağı onun əlindən alıb. Buna baxmayaraq, kürəkən təpik və yumruq zərbələri ilə hücumunu davam etdirib. Qayınata isə əlindəki bıçaqla kürəkəninə dörd xəsarət yetirib. Xəsarətlərdən üçünün həyat üçün təhlükəli olması nəticəsində kürəkən kəskin qanitirmədən həyatını itirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 may 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adamöldürmə) ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2026-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.

Aşağı instansiya məhkəmələri hesab edib ki, qayınata bıçağı kürəkəninin əlindən aldıqdan sonra onun həyatı üçün təhlükə aradan qalxıb və bundan sonra bıçaq zərbələrinin endirilməsi qəsdən adamöldürmə cinayətinin tərkibini yaradıb. Müdafiə tərəfi isə şəxsin özünü real hücumdan müdafiə etdiyini bildirərək əməlin Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə tövsif edilməsi tələbi ilə kassasiya şikayəti verib.

Ali Məhkəmənin Cinayət Kollegiyası isə işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağı instansiya məhkəmələrinin əməlin hüquqi tövsifi ilə bağlı gəldikləri nəticəni düzgün hesab etməyib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılan iş üzrə qəbul olunan qərarda qeyd edilib ki, zəruri müdafiə hüququ şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını və hüquqlarını ictimai təhlükəli qəsddən qorumaq məqsədilə hücum edənə zərər vurmasına imkan verir. Bu hüquq yalnız hücumdan yayınmaq və ya passiv müqavimət göstərməklə məhdudlaşmır.

Ali Məhkəmə vurğulayıb ki, hücuma məruz qalan şəxsdən hadisənin bütün təfərrüatlarını soyuqqanlılıqla qiymətləndirməsi və müdafiə tədbirlərinin sərhədlərini dəqiqliklə müəyyən etməsi tələb edilə bilməz. Zəruri müdafiə vəziyyəti qiymətləndirilərkən hücumun xarakteri və təhlükəlilik dərəcəsi, tərəflərin fiziki imkanları, istifadə olunan vasitələr, hadisənin başvermə şəraiti, eləcə də müdafiə olunan şəxsin qorxu, təşviş və həyəcan vəziyyəti nəzərə alınmalıdır.

Kassasiya instansiyası müəyyən edib ki, hadisə zamanı ilkin ictimai təhlükəli hücum məhz kürəkən tərəfindən həyata keçirilib. O, qayınatasına fiziki zorakılıq göstərib, bıçaqla hücum edərək xəsarət yetirib. Ali Məhkəmənin qənaətinə görə, qayınatanın bıçağı kürəkəninin əlindən alması hücumun avtomatik olaraq başa çatması anlamına gəlmirdi.

Belə ki, kürəkən bıçağı itirdikdən sonra da zorakılıq niyyətindən əl çəkməyib, təpik və yumruq zərbələri ilə hücumunu davam etdirib. Onun qayınatasından cavan, fiziki cəhətdən daha güclü və cüssəli olması, idmanla məşğul olması da nəzərə alınıb. Bundan başqa, mərhumun əlinin üç barmağında aşkar edilmiş kəsilmiş yaralar qarşıdurmanın bıçağa nəzarət uğrunda fiziki mübarizə şəraitində baş verdiyini göstərən sübutlardan biri kimi qiymətləndirilib.

Ali Məhkəmə bildirib ki, ictimai təhlükəli qəsdin başa çatıb-çatmadığı yalnız bıçağın bir şəxsin əlindən digərinə keçməsi ilə deyil, hadisənin bütün şəraiti nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, qayınata real və davam edən ictimai təhlükəli hücuma məruz qalıb və özünü müdafiə etmək məqsədilə hərəkət edib. Bununla yanaşı, qayınatanın kürəkəninə bıçaqla dörd xəsarət yetirməsi, həmin xəsarətlərdən üçünün həyat üçün təhlükəli olması və nəticədə ölümün baş verməsi müdafiə tədbirlərinin mövcud təhlükənin dəf edilməsi üçün zəruri olan həddi aşdığını göstərib.

Kassasiya instansiyası vurğulayıb ki, müdafiə həddinin aşılması şəxsin ümumiyyətlə hücuma məruz qalmadığını və özünü müdafiə etmədiyini göstərmir. Zəruri müdafiə həddini aşmaqla adam öldürmə ilə adi qəsdən adam öldürmə arasındakı mühüm fərq ondan ibarətdir ki, birinci halda şəxs real ictimai təhlükəli qəsddən müdafiə məqsədilə hərəkət edir, lakin tətbiq etdiyi müdafiə tədbirləri hücumun xarakterinə və təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlmir.

Ali Məhkəmə hesab edib ki, aşağı instansiya məhkəmələri bu fərqi və hadisənin faktiki hallarını tam nəzərə almayaraq əməlin hüquqi tövsifində səhvə yol verib. Buna görə də məhkumun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci maddəsinə – zəruri müdafiə həddini aşmaqla qəsdən adamöldürmə cinayətinə tövsif edilib.

Ali Məhkəmə cəza təyini zamanı şəxsin cinayət törətdikdən sonra könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlməsini, təqsirini etiraf etməsini, cinayətin açılmasına fəal köməklik göstərməsini, əməli zərərçəkmişin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini və zərərçəkmişin hüquqi varisi ilə barışmasını yüngülləşdirici hallar kimi nəzərə alıb.

Cəzanı ağırlaşdıran hər hansı halın olmadığı da müəyyən edilib.

Cinayət Məcəlləsinin 123.1-ci maddəsinin sanksiyası və 60.1-ci maddəsinin tələbləri nəzərə alınaraq məhkuma 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzaçəkmə müddətinin 18 yanvar 2024-cü il tarixdən hesablanması nəzərə alınaraq şəxs cəzasını çəkmiş hesab edilib və məhkəmə iclas zalından dərhal azad olunub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 12:57
Ermənistan TRIPP dəmir yolu və avtomobil yolunun layihələrini yaxın vaxtlarda açıqlayacaq...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ