İran, Tehran və Vaşinqton arasında yenidən hərbi əməliyyatlar başlayacağı təqdirdə Yaxın Şərq ölkələrindən ABŞ-a dəstəyi dayandırmağı tələb edib. Bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Maleki bildirib.
"Region ölkələrinə ABŞ-a bütün dəstəkdən imtina etmək üçün ultimatum verildi. 40 günlük müharibə zamanı biz ABŞ-ın İrana hücum etmək üçün istifadə etdiyi bütün ölkələrdəki bazalara zərbələr endirdik" – deyə Maleki RİA Novosti agentliyinə bildirib.
Onun sözlərinə görə, əgər hərbi əməliyyatlar yenidən başlasa, Tehran hansı ərəb və digər regional dövlətlərin Amerika qoşunlarını dəstəkləməyə istəkli olduğunu müəyyən edə biləcək. İran tərəfi bu məlumatı əvvəlcədən onlara çatdırıb və hazırda vəziyyəti diqqətlə izləyir.
Maleki qeyd edib ki, əgər region ölkələri Amerika qüvvələrini dəstəkləsə, İranın cavab tədbirləri bu ölkələrdəki hərbi hədəflərə zərbələrdən daha geniş miqyas ala bilər. O bildirib ki, bu ölkələr Tehran tərəfindən düşmən hesab edilə bilər.
Tahir TAĞIYEV