ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiyaya 200% tarif tətbiq etmək ideyasını irəli sürüb və bu yanaşmanın beş müharibəyə "son verməyə" kömək etdiyini bildirib. “Clash Report” məlumat yayıb.
"Tariflər sayəsində beş müharibəyə son qoyduq. Mən dedim ki, 'Əgər döyüşməyə davam etsəniz, sizə 200% tarif tətbiq edəcəyik' və onlar dayandılar. Biz bunu yəqin ki, dərhal Ukrayna və Rusiya ilə etməliyik. Bunu heç düşünməmişdik" – deyə Tramp bildirib.
Tahir TAĞIYEV