Cümə günü, 23 oktyabr 2026
     

Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

Image


“The New York Times” qəzetinin ABŞ rəsmilərinə və məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ və İsrail İrana qarşı hərbi zərbələri bərpa etmək üçün konkret planlar hazırlayıb. Bildirilir ki, ABŞ müdafiə naziri Pit Heqset İsraildə baş nazir Benyamin Netanyahu ilə mümkün yeni hücumları müzakirə edib.

Məlumata görə, oktyabrın əvvəlində hər iki ölkə İrana zərbə endirməyə hazır olub, lakin Donald Tramp son anda əməliyyatı təxirə salıb. ABŞ və İsrail hərbçiləri qısa, lakin intensiv hərbi əməliyyat planı hazırlayıb, İraq üzərində təlim uçuşları keçiriblər. Mümkün hədəflər sırasında İranın enerji infrastrukturu, nüvə obyektləri, raket və pilotsuz uçuş aparatları arsenalı göstərilir.

Mənbələrin iddiasına əsasən, hərbi hazırlıqların noyabrın əvvəlinə qədər tamamlanması gözlənilir. Bu isə ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonrakı dövrə təsadüf edə bilər.

Vaşinqtonun diplomatik təzyiqləri də davam edir. ABŞ tərəfi İranın nüvə proqramı ilə bağlı razılaşma əldə etməyə və Hörmüz boğazının açılmasına nail olmağa çalışır. Tehran isə nüvə məsələsinin danışıqların daha sonrakı mərhələsinə keçirilməsini istəyir.

Ağ Ev hərbi planlarla bağlı şərh verməkdən imtina edib və Trampın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirdiyini bildirib. Məqalədə irəli sürülən iddialar rəsmi şəkildə təsdiqlənməyib.

ABŞ və İsrailin İrana qarşı hərbi zərbələri ABŞ-da aralıq seçkilərindən sonraya planlaşdırması iddiaları nə dərəcədə əsaslıdır və belə bir hücumun seçkilərdən sonra gündəmə gəlməsi Tramp administrasiyasının daxili siyasi maraqları ilə bağlı ola bilərmi? Yeni hərbi əməliyyatlar İranın nüvə proqramı ətrafında gərginliyi azaltmaq əvəzinə, regionda müharibəni genişləndirə və Hörmüz boğazı vasitəsilə dünya enerji bazarına ciddi zərbə vura bilərmi?

İlqar Vəlizadə: “İrana yeni hücum regionda gərginliyi artıracaq, enerji bazarına mənfi təsir göstərəcək”

İlqar Vəlizadə:

Politoloq İlqar Vəlizadə ABŞ və İsrailin İrana mümkün hərbi hücumu ilə bağlı səsləndirilən fikirləri şərh edib. O, “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Vaşinqtonun İrana qarşı yeni hərbi əməliyyatlarının effektivliyi ilə bağlı ciddi suallar var və ekspertlər arasında bu ehtimallara skeptik yanaşanlar da az deyil.

Politoloqun sözlərinə görə, əgər ABŞ və İsrail ötən aylarda qarşılarına qoyduqları hərbi hədəflərə tam nail ola bilməyiblərsə, yaxın perspektivdə bu məqsədlərə bütövlükdə çatmaq da çətin görünür. ABŞ-ın yeni silahlardan, o cümlədən “ana bomba” adlandırılan silahdan istifadə etməyi planlaşdırdığı barədə fikirlər səslənsə də, onların real döyüş şəraitində nə dərəcədə effektiv olacağı hələ məlum deyil.

İ.Vəlizadə qeyd edib ki, İran da mümkün yeni müharibəyə hazırlaşır. Buna görə də hərbi əməliyyatların yenidən genişmiqyaslı xarakter alması regionu ciddi təhlükələrlə üz-üzə qoya bilər. Son ayların təcrübəsi göstərir ki, Tehran müxtəlif vasitələrdən istifadə edə, o cümlədən husilərlə əlaqəli istiqamətlərdə addımlar ataraq münaqişənin coğrafiyasının genişlənməsinə şərait yarada bilər.

Politoloqun fikrincə, belə bir ssenari ilk növbədə enerji bazarlarına mənfi təsir göstərəcək. Müharibənin şiddətlənməsi regiondakı mülki infrastruktura, xüsusilə enerji obyektlərinə zərbələr endirilməsi ilə nəticələnə bilər. Bu isə onsuz da gərgin olan neft və qaz bazarlarında əlavə problemlər yaradar.

O vurğulayıb ki, regionda Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında mövcud hərbi razılaşmalar da təhlükəsizlik mənzərəsinin mühüm elementidir. Eyni zamanda, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi istiqamətində görülən işlərin mümkün münaqişə şəraitində nə dərəcədə effektiv olacağı hadisələrin gedişindən asılı olacaq.

İ.Vəlizadənin qənaətinə görə, ABŞ və İsrailin İrana yeni hücumu regionda əlavə gərginlik yaradaraq, təkcə birbaşa münaqişə iştirakçılarına deyil, digər ölkələrə də təsir göstərə bilər: “Xüsusilə neft və qaz ixrac edən dövlətlər üçün belə bir ssenari arzuolunmaz nəticələr vəd edir. Enerji qiymətlərinin yüksəlməsi inflyasiyanı sürətləndirə, sosial gərginliyi artıra bilər”.

Politoloq bildirib ki, Avropada enerji təchizatı ilə bağlı narahatlıqlar artıq müşahidə olunur. Fransa Prezidenti Emmanuel Makronun ərəb ölkələrindən əlavə neft və dizel tədarükü ilə bağlı təşəbbüsləri də enerji təhlükəsizliyi məsələsinin aktuallığını göstərir. Lakin əlavə yanacaq mənbələrinin tapılması ilə yanaşı, onların vaxtında və lazımi həcmdə çatdırılması da mühüm problemdir.

İ.Vəlizadə əlavə edib ki, mümkün hərbi eskalasiyanın gələcək miqyası ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. İsraildə keçiriləcək seçkilərin nəticələri də siyasi proseslərin sonrakı istiqamətinə təsir edə biləcək amillərdən biridir. Buna görə də hazırkı mərhələdə ABŞ və İsrailin İrana qarşı yeni hücuma başlayıb-başlamayacağı, eləcə də belə bir addımın nəticələrinin necə olacağı barədə qəti proqnoz vermək çətindir.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ