Cümə günü, 23 oktyabr 2026
     

Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

Image


Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyasının qəbulu üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını istisna etmir: "Yaxın gələcəkdə biz konstitusiyanın yeni layihəsini dərc edəcək, müzakirələrə başlayacaq və onu parlamentə göndərəcəyik. Və biz müxalifətdən olan həmkarlarımızı bunun çox mühüm və prinsipial məsələ, Ermənistan dövlətinin həyat qabiliyyətini müəyyən etmək və həll etmək məsələsi olduğuna inandırmağa çalışacağıq. Lakin bu alınmasa, başqa ssenariləri, o cümlədən növbədənkənar seçkilərin keçirilməsi imkanını nəzərdən keçirəcəyik, hərçənd, belə bir ssenarinin istisna edildiyini kim deyib?".

Ermənistanın “Hraparak” nəşri yazır ki, Paşinyanın müxalifəti Konstitusiya dəyişikliyinə razı sala bilməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinə gedəcəkləri barədə bəyanatı hakim partiyanın orta və aşağı eşelonlarında ciddi narahatlıq yaradıb: “Təsadüfən deputat mandatı qazananlar qarşıdakı beş il üçün nəzərdə tutulan yüksək maaşlardan, ezamiyyətlərdən və dəbdəbəli həyat tərzindən məhrum ola biləcəklərini düşünərək ruh düşkünlüyünə qapılıblar. Paşinyan, müxalifəti Konstitusiya dəyişikliyinə razı salmaq mümkün olmasa, başqa yola əl atacaqlarını, məsələn, növbədənkənar parlament seçkilərinə gedəcəklərini bildirib. Bu bəyanat hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputat fraksiyasının orta və aşağı eşelonlarını bir-birinə vurub. Bəxtin gətirməsi nəticəsində, yaxud təsadüfən deputat olanlar sözün əsl mənasında depressiyaya düşüblər. Onlar artıq qarşıdakı beş il ərzində alacaqları yüksək maaşlardan, ezamiyyətlərdən və kral həyatından məhrum olduqlarını təsəvvür edir, qarşılarında yeni sınaqların dayandığını anlayırlar. Hakim partiyanın bəzi nümayəndələri isə bir-birinə təsəlli verərək, Paşinyanın əvvəlki bəyanatlarının hansının gerçəkləşdiyini sual edir və bu dəfə də onun sözlərini ciddi qəbul etməməyə çağırırlar. Bəziləri bir-birinə ümid verir ki, Paşinyanın hansı bəyanatı indiyədək reallığa çevrilib ki, bu da gerçəkləşsin. Buna görə də onun sözlərinə həddindən artıq ciddi yanaşmaq lazım deyil”. Nəşr yazır ki, hakim partiyanın bəzi üzvləri Paşinyanın çoxdan “yanğınsöndürən” vəziyyətinə düşdüyünü düşünürlər. Onların fikrincə, baş nazir vəziyyətdən çıxmağa, yaranmış problemləri aradan qaldırmağa və siyasi böhranı səngitməyə çalışaraq situasiyaya uyğun bəyanatlar verir: “Deyirlər ki, o çoxdan yanğınsöndürən roluna keçib. Vəziyyətdən asılı olaraq bəyanatlar verir, vəziyyəti xilas etməyə, alovun ayrı-ayrı ocaqlarını söndürməyə çalışır. Bu da onun növbəti belə bəyanatıdır”. Ermənistanın “Joğovurd” nəşri də qeyd edir ki, Paşinyanın Konstitusiya dəyişiklikləri həyata keçirilməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi barədə bəyanatı Ermənistan hakimiyyəti daxilində ciddi narahatlıq yaradıb. Hakimiyyət nümayəndələri yeni seçkilərdən sonra ən azı dörd-beş il vəzifələrində qalacaqlarını düşünsələr də, baş nazirin açıqlaması onların siyasi gələcəyinin heç də təminatlı olmadığını göstərib: “Baş nazir Konstitusiya dəyişiklikləri prosesini həyata keçirmək mümkün olmayacağı təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini bildirib.

Problem ondadır ki, əldə etdiyimiz məlumatlara görə, hakimiyyət nümayəndələrinin çoxu yeni seçkilərdən sonra ən azı dörd-beş il ərzində vəzifələrində qalmaq və rahat işləmək üçün vaxtlarının olacağını düşünürdülər. Lakin Paşinyanın bəyanatı vəziyyətin istənilən an dəyişə biləcəyini və hakimiyyətdə olanların siyasi gələcəyinin təsəvvür etdikləri qədər təminatlı olmadığını göstərib”.

Müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan da Paşinyanın hakimiyyətin növbədənkənar seçkilərə gedə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib. Karapetyan sosial şəbəkədəki paylaşımında Paşinyana müraciətlə növbədənkənar seçkilərə hazır olduqlarını bildirib:

“Biz hazırıq. Sadəcə, günü deyin. İnsanlar sizin bitib-tükənməyən güzəştlərinizə qarşı səslərini ucaltmalıdırlar”. Erməni siyasətçi Metakse Hakobyan Paşinyanın Konstitusiyaya dəyişikliklərlə bağlı açıqlamasını şərh edərək bildirib ki, burada narahatlıq doğuran əsas məqam təkcə Konstitusiyanı dəyişmək niyyəti deyil, həm də bu niyyətin necə əsaslandırılması və ondan hansı siyasi nəticələrin çıxarılmasıdır: “Paşinyan iddia edir ki, Azərbaycan Konstitusiya məsələsinin Ermənistanın daxili işi olduğunu qəbul edir. Lakin bu məsələ həqiqətən də yalnız Ermənistanın daxili gündəliyinə aiddirsə, onda nə üçün Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə eyni siyasi kontekstdə müzakirə olunur? Bakı Ermənistanın Konstitusiyası ilə bağlı tələblər irəli sürməyə davam edirsə, həmin tələblərin sadəcə siyasi mövqe adlandırılması xarici təzyiq probleminin mövcudluğunu aradan qaldırmır. Tələbin ifadə formasını dəyişmək hələ onun siyasi mahiyyətinin dəyişməsi demək deyil”. Hakobyan bildirib ki, Konstitusiyaya dəyişiklik məsələsinin növbədənkənar seçkilərlə əlaqələndirilməsi də ciddi narahatlıq doğurur. O hesab edir ki, dövlətçiliyin davamlılığı konkret bir şəxsin siyasi missiyası ilə eyniləşdirilməməlidir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ