Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moldovanın Kişinyovdakı Rusiya səfirliyinin işçisini arzuolunmaz şəxs elan etmək qərarı dağıdıcı anti-Rusiya siyasətinin bir hissəsidir.
Zaxarova bildirib ki, bu hərəkətlər Rusiya tərəfindən cavabsız qalmayacaq: "Moldova hakimiyyətinin bu qərarı rəsmi Kişinyovun əsrlər boyu davam edən Rusiya-Moldova münasibətlərinin tamamilə məhv edilməsinə və iki ölkə xalqları arasında əlaqələrin kəsilməsinə yönəlmiş dağıdıcı, anti-Rusiya kursunun bir hissəsidir".
Onun sözlərinə görə, Rusiya tərəfindən Moldovanın bu hərəkətlərinə adekvat və sərt cavab veriləcək.
Tahir TAĞIYEV