Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

Image


Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampın iki ölkə arasında atəşkəsə nail olduğu barədə Ağ Evin açıqlaması beynəlxalq müzakirələrə səbəb olub. Lakin söhbət müharibənin bütövlükdə dayandırılmasından deyil, Rusiyanın nəzarətində olan Ukraynanın Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi üçün müvəqqəti atəşkəsdən gedir. Ağ Evin məlumatına görə, razılaşmanın 29 oktyabr 2026-cı ildə qüvvəyə minməsi nəzərdə tutulur.

Bu hadisə Melaniya Trampın diplomatik prosesdəki rolunun nə dərəcədə həlledici olduğu, Rusiya və Ukraynanın məhdud ərazidə atəşkəsə razılaşmasına hansı amillərin təsir göstərdiyi və bu təşəbbüsün arxasında Donald Tramp administrasiyasının siyasi hesablarının dayanıb-dayanmadığı barədə suallar yaradır.

Melaniya Trampın Rusiya-Ukrayna müharibəsində məhz bu məhdud ərazidə atəşkəsə nail olması nə dərəcədə inandırıcıdır? Bu nəticə onun şəxsi diplomatik təşəbbüsünün məhsuludur, yoxsa Ağ Ev administrasiyasının daha geniş siyasi strategiyasının tərkib hissəsidir? Humanitar məqsədlə əldə edilən bu razılaşma gələcəkdə daha geniş atəşkəs və sülh danışıqlarına zəmin yarada bilərmi?

Tofiq Abbasov: "Melaniya Trampın proseslərə qoşulması Donald Trampa dəstək məqsədi daşıyır"

Tofiq Abbasov:

Politoloq Tofiq Abbasov "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın siyasi proseslərdə ön plana çıxması daha çox ictimaiyyətlə əlaqələr strategiyası və prezidentə əlavə siyasi dəstək qazandırmaq cəhdi ilə bağlıdır. Onun fikrincə, Trampın siyasi mövqelərinin zəiflədiyi, tərəfdarları arasında fikir ayrılıqlarının artdığı bir vaxtda Melaniyanın ictimai fəallığının yüksəlməsi Ağ Ev üçün əlavə siyasi dividend gətirə bilər.

Politoloq Donald Trampın klassik siyasətçi obrazından uzaq olduğunu düşünür. Onun sözlərinə görə, Trampın biznes fəaliyyəti, şou-bizneslə əlaqələri və nümayişkaranə davranışları siyasi üslubunun formalaşmasına ciddi təsir göstərib.

"Donald Tramp hakimiyyətə gələndə onu biznesmen kimi təqdim edirdilər. Ancaq mən onun biznesmen kimi də çox uğurlu oyunçu olduğunu düşünmürəm. Daşınmaz əmlak biznesində bir neçə dəfə müflisləşib və hər dəfə ona digər biznes dairələri, o cümlədən Adelson ailəsi kimi nüfuzlu şəxslər dəstək verib. Trampın ailəsinin yəhudi icması ilə tarixən yaxın münasibətləri də onun ictimai obrazının formalaşmasında müəyyən rol oynayıb.

Bununla yanaşı, Trampın xarakteri klassik siyasi xadim xüsusiyyətlərinə uyğun gəlmir. O, şou-biznesdə və əyləncə sənayesində də özünü sınayıb. Güləş şoularında iştirakı, kütlələrin diqqətini cəlb etməyə hesablanmış davranışları onun siyasətə də bu yanaşmanı gətirdiyini göstərir. Hazırda onun nümayişkaranə siyasi üslubunu aydın görürük. Bir çox siyasətçinin səsləndirməkdən çəkindiyi fikirləri Tramp açıq şəkildə ifadə edir və bəzən onları praktik addımlara çevirir. Son çıxışları da ABŞ-da və xaricdə onun davranışlarının, o cümlədən yaşla əlaqəli mümkün koqnitiv problemləri barədə müzakirələrin artmasına səbəb olub", – deyə politoloq bildirib.

Tofiq Abbasov Melaniya Trampın proseslərə qoşulmasını ilk növbədə həyat yoldaşına siyasi dəstək vermək cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, dövlət başçılarının həyat yoldaşlarının humanitar təşəbbüslərdə, ictimai tədbirlərdə və sosial layihələrdə iştirakı beynəlxalq siyasətdə geniş yayılmış təcrübədir. Belə fəaliyyətlər ölkənin və rəhbərin ictimai imicinə müsbət təsir göstərə bilər.

"Melaniya Trampın indi ön plana çıxması təsadüfi deyil. Donald Trampın siyasi dayaqları zəifləyir və onun əlavə dəstəyə ehtiyacı var. Əvvəlki prezidentlik dövründə Melaniyanın həyat yoldaşından nisbətən uzaq görünməsi ilə müqayisədə, indi onların münasibətlərində birlik görüntüsü yaradılır. Melaniya siyasi fəaliyyət göstərməsə də, humanitar, sosial və ictimai sahələrdə müəyyən mövqeyə malikdir. Onun fəallığı Trampın ictimai imicinə müsbət təsir göstərə, seçki ərəfəsində ona əlavə siyasi üstünlük qazandıra bilər", – deyə politoloq qeyd edib.

Ekspertin fikrincə, ABŞ-ın İranla bağlı siyasətində üzləşdiyi çətinliklər də Trampın mövqelərinin zəifləməsinə təsir göstərir. O hesab edir ki, Vaşinqtonun sərt ritorikasına baxmayaraq, İranın hərbi imkanları ABŞ üçün ciddi problem olaraq qalır.

"İranla bağlı proseslərin dalana dirəndiyini görürük. Tramp nə qədər hədələyici bəyanatlar versə də, düşünürəm ki, ABŞ İranın hərbi potensialını ciddi təhlükə kimi qiymətləndirir. ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin və obyektlərinin təhlükəsizliyi, hərbi imkanların qorunması Vaşinqton üçün əlavə çətinliklər yaradır. Müharibələrin xarakteri dəyişib, müasir texnologiyalar və raket sistemləri hərbi üstünlük anlayışına ciddi təsir göstərir. Belə şəraitdə ABŞ-ın mövqeyini əvvəlki qədər rahat hesab etmək olmaz", – deyə Tofiq Abbasov bildirib.

Politoloq Trampın daxili siyasi dayaqlarının da əvvəlki kimi möhkəm olmadığını vurğulayıb. Onun sözlərinə görə, "MAGA" hərəkatında fikir ayrılıqları dərinləşir, Trampın siyasətini sona qədər dəstəkləməyin tərəfdarı olmayan qüvvələrin sayı artır. Prezidentin ziddiyyətli bəyanatları və başladığı prosesləri sona çatdırmaqda çətinlik çəkməsi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tənqidlərə səbəb olur.

Tofiq Abbasov ABŞ-ın Ukrayna siyasətinin də iqtisadi və enerji amillərindən təsirləndiyini düşünür. O, ABŞ-ın dizel yanacağına ehtiyacı və Rusiyadan yanacaq tədarükü ilə bağlı məlumatları Vaşinqtonun üzləşdiyi çətinliklərin göstəricisi kimi qiymətləndirir. Bununla belə, politoloq hesab edir ki, bu vəziyyət Rusiyanın Ukrayna ilə bağlı mövqeyinin yumşalacağı anlamına gəlmir.

"Rusiyanın Ukrayna məsələsində mövqeyinin yumşalacağına inanmıram. Moskva sərt tələblər irəli sürür və atəşkəs məsələsində öz şərtlərini qəbul etdirməyə çalışır. Avropa isə Ukraynanın mübarizəni davam etdirməsini istəyir. Ancaq burada əsas sual Kiyevin nə qədər davam gətirə biləcəyi, Avropanın isə nə qədər maliyyə və hərbi resurs ayıra biləcəyidir. Avropanın imkanları da məhdud deyilmiş kimi davranmaq olmaz. Bu səbəbdən gələcəkdə Ukrayna rəhbərliyinin mövqeyində dəyişikliklər baş verə bilər. Bununla belə, Melaniya Trampın proseslərə qoşulmasının müharibənin gedişinə əsaslı təsir göstərəcəyini düşünmürəm", – deyə o bildirib.

Politoloqun fikrincə, Melaniya Trampın humanitar təşəbbüslərdə iştirakı müəyyən müsbət nəticələr verə bilər. Mülki əhalinin təhlükəli ərazilərdən çıxarılması, humanitar yardımın çatdırılması və zərərçəkənlərin təminatı kimi məsələlərdə onun fəaliyyəti diqqət çəkə bilər. Lakin bu cür təşəbbüslər münaqişələrin siyasi və hərbi səbəblərini aradan qaldırmaq üçün kifayət deyil.

"Ukraynada qış yaxınlaşdıqca enerji təchizatı, qaz çatışmazlığı və əhalinin yaşayış şəraiti ilə bağlı problemlər daha da kəskinləşə bilər. Generatorların və digər avadanlıqların göndərilməsi müəyyən kömək göstərsə də, bütün ehtiyacların qarşılanacağına zəmanət vermir. Rusiyanın daha geniş resurslara malik olması da müharibənin gedişində mühüm amildir. Belə bir vəziyyətdə Melaniya Trampın humanitar fəaliyyətinin müəyyən yumşaldıcı təsiri ola bilər, ancaq bunun köklü siyasi dönüş yaradacağını düşünmürəm.

Mən bunu siyasi texnoloqların yeni yanaşma cəhdi kimi qiymətləndirirəm. Donald Tramp seçkilərə qədər ictimai diqqəti cəlb edən qeyri-adi addımlar atmağa çalışa bilər. Ancaq Melaniyanın proseslərdə fəallaşması özlüyündə münaqişələrin həllinə gətirib çıxaracaq gücə malik deyil. Bunun daha çox Trampın ictimai imicini gücləndirməyə və ona əlavə siyasi dəstək qazandırmağa xidmət edəcəyi qənaətindəyəm", – deyə Tofiq Abbasov fikrini yekunlaşdırıb.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ