Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən “Ab-Hava” restoranında 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində həbs qərarı verilib.
Trend-in məlumatına görə, Bakının Xətai rayonunda restoranda baş vermiş insident nəticəsində qətl törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
Bu gün Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, oktyabrın 23-də General Şıxlinski küçəsində yerləşən “Ab-Hava” restoranında baş vermiş hadisə zamanı 43 yaşlı C.Mirağayev bıçaq xəsarətlərindən qətlə yetirilib.
Baş Prokurorluq və DİN-in birgə məlumatına görə, Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də daxil olmaqla 11 nəfər həbs edilib.
Faktla bağlı istintaq davam etdirilir.