Demokrat senatorlar və ABŞ Nümayəndələr Palatasının üzvləri bir neçə banka və dəniz limanlarına məktub göndərərək, Moskva ilə dizel sövdələşmələri ilə bağlı potensial araşdırmanın gözlənilməsi şərtilə Rusiya ilə bağlı bütün əməliyyatların qeydlərini saxlamalarını xahiş ediblər. Bloomberg-in məlumatına görə, məktubda deyilir: "Rusiya dizelinin ABŞ-a idxalının hər hansı bir nümunəsi ciddi hüquqi suallar doğurur və məhkəmə prosesinin, eləcə də Konqresin araşdırma mövzusuna çevrilə bilər". Qanunvericilər alıcıları potensial və ya tamamlanmış əməliyyatlarla bağlı bütün qeydləri saxlamağa çağırıblar.
Konqres üzvlərinin fikrincə, Rusiya ilə dizel yanacağı sahəsində əldə olunan razılaşma ABŞ-ın milli təhlükəsizliyi üçün risklər yarada bilər. Məlumata görə, məktublar oktyabrın 25-də göndərilib və ertəsi gün ictimaiyyətə açıqlanıb. Məktubların ünvanlandığı qurumlar arasında "JPMorgan Chase & Co.", "Bank of America Corp.", "Citigroup Inc." və "Morgan Stanley" kimi banklar, eləcə də bir sıra limanlar, o cümlədən Nyu-York və Nyu-Cersi Liman İdarəsi (Port Authority of New York and New Jersey) yer alır. "Bloomberg" qeyd edir ki, əgər noyabrın 3-də keçiriləcək ABŞ-da aralıq seçkilərində Demokratlar Nümayəndələr Palatasında və ya Senatda çoxluq qazansalar, Konqres sözügedən dizel razılaşmasını daha ciddi şəkildə araşdıra bilər.
SAMİRƏ