Türkiyədə səs-küylü “fon araşdırması”nda, xüsusilə "Pasifik Holding"in ali rəhbərliyi ilə bağlı yeni qərar verilib. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində "Pasifik Holding"in İdarə Heyətinin sədri Fatih Ərdoğan, sədr müavini Əbdülkərim Fırat və İdarə Heyətinin üzvü Mehmet Ərdoğanın aktivləri ilə bağlı tədbirlər gündəmə gəlib. Baş Prokurorluq aidiyyəti qurumlara göndərdiyi məktubda bildirib ki, həmin şəxslərin öz aktivlərinin azalmasına səbəb ola biləcək hər hansı əməliyyatları ciddi nəzarətdə saxlanılmalıdır.
İstintaq çərçivəsində göndərilən rəsmi müraciətdə, Fatih Erdoğan, Abdulkerim Fırat və Mehmet Erdoğanın hesablarında olan kapital bazarı alətlərinin aidiyyəti qurumlar tərəfindən dondurulması tələb olunub. Bildirilib ki, bu tələb şübhəlilərlə və onlara istinad olunan əməllərlə bağlı istintaq materialları əsasında irəli sürülüb. Nəticədə, sözügedən üç şəxsin kapital bazarlarındakı aktivləri üzərində sərəncam vermək imkanını məhdudlaşdıran ciddi bir ehtiyat tədbiri tətbiq edilib.
Eyni zamanda, "Pasifik Holding"in üç yüksək vəzifəlisinə qarşı görülən tədbirlərlə əlaqədar olaraq, müvafiq qurumlara şübhəli maliyyə əməliyyatlarını izləmək və onların aktivlərini qorumaq üçün addımlar atmaq tapşırılıb. Verilən açıqlamada, aparılan araşdırma çərçivəsində həmin üç rəhbər şəxslə bağlı saxlanılma və ya həbs qərarının verilib-verilmədiyi barədə heç bir məlumat yoxdur.
SAMİRƏ