Milli Məclisin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçiriləcək iclasının gündəliyinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi daxil edilib.
Gündəlikdə bir məsələ – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi yer alıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın səlahiyyət müddəti 7 ildir .
Xatırladaq ki, Azərbaycanın hazırki ombudsmanı Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən seçilib.