Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan KTMT-nin keçmiş baş katibi Nikolay Bordyujanın açıqlamasına münasibət bildirib.
O, bildirib ki, Ermənistan KTMT-də üzvlüyünü tamamilə dondurub və təşkilatın fəaliyyətində tamhüquqlu iştirakına qayıtmaq üçün heç bir perspektiv görmür.
"Biz bu təşkilatda iştirakımızı çoxdan dayandırmışıq və üzvlüyümüzü dondurmuşuq. Digər üzvlər və ya Baş Katiblik - Katibliyin hansı səlahiyyətə malik olduğunu belə bilmirəm – açıqlama versə, bu, əbəs yerə olacaq: biz mövqeyimizi dəyişməyəcəyik və KTMT-yə qayıtmağı düşünmürük" – deyə Mirzoyan bildirib.
Bundan əvvəl Bordyuja Ermənistanı artıq KTMT-dən çıxarmağa çağırmışdı.
Tahir TAĞIYEV