Hələ ki, növbədənkənar seçkilər keçirib-keçirməyəcəyimizi bilmirik. Bu, sadəcə mümkün ssenarilərdən biridir. Bunu Ermənistan parlamentinin hakim Vətəndaş Müqaviləsi Partiyasından olan vitse-spikeri Vaaqn Aleksanyan jurnalistlərə bildirib.
"Düşünmürəm ki, müxalifət xalqın Konstitusiya ilə bağlı iradəsini ifadə etməsinə qarşı çıxacaq", - deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri özü hökumətyönlü müxalifət formalaşdırarkən ehtiyatlı olmağın vacibliyini bildirib. "Belə bir müxalifət yaratmaq çox pisdir, çünki hakimiyyət tərəfindən müxalifət yaratmaq siyasi sistemdə ən pis hadisədir" – deyə Aleksanyan qeyd edib.
Hakimiyyətin cib müxalifətinə ehtiyacı olmadığına əminliyini bildirən Aleksanyan qeyd edib ki, hakim qüvvə yeni müxalifətin yaradılmasına çağırış etməkdən başqa bu istiqamətdə heç bir aktiv səy göstərməməlidir.
"Mənə elə gəlir ki, erkən seçkilər məsələsi hər kəsin necə səs verməsindən asılı olaraq yeni Konstitusiya layihəsi üzrə parlament səsverməsindən sonra müzakirə edilə bilər", - deyə vitse-spiker əlavə edib.
"Məncə, növbəti seçkilərdən sonra konstitusiya çoxluğu əldə edə bilməsək belə, mövcud müxalifət ya yox olacaq, ya da minimal sayda təmsil olunacaq. Hazırkı müxalifət, hazırda olduğu sayda, bir daha parlamentdə təmsil olunmayacaq", - deyə o, əminliyini bildirib.
Tahir TAĞIYEV