İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, ABŞ-ın boğazın minalardan təmizləndiyini iddia etməsinə baxmayaraq, Hörmüz boğazında üç tanker minaya düşüb.
"Son 24 saat ərzində İran tərəfindən qadağan olunmuş Hörmüz boğazının cənub marşrutundan keçərkən sərhədi pozan üç tanker minaya düşüb və yanğın baş verib", - deyə SEPAH-ın mətbuat xidməti bildirib.
İran ordusu sözügedən tankerlərin radar və naviqasiya sistemlərini söndürdüyünü və İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığını qeyd edib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı ABŞ-ın Hörmüz boğazındakı əsas gəmiçilik marşrutlarını minalardan təmizlədiyini və artıq minlərlə gəminin sulardan keçdiyini açıqlamışdı.
Tahir TAĞIYEV