ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın razılaşmaya yaxınlaşdığına inanır. O, dekabr ayında keçiriləcək G20 sammitinə qədər razılaşmanın əldə edilə biləcəyini irəli sürüb.
"Düşünürəm ki, biz razılığa çox yaxınıq... Bunu həll etmək üçün çox yaxşı şansımız var" - Tramp deyib.
G20 sammitinə qədər razılaşmanın bağlanması ehtimalı ilə bağlı suala cavab olaraq ABŞ prezidenti belə bir ssenarini istisna etməyib. O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Putin və Ukrayna Prezidenti Zelenski arasında dərin düşmənçilik qalmaqdadır.
G20 sammitinin dekabr ayında Floridada, Trampın Trump National Doral kurortunda keçirilməsi planlaşdırılır. Daha əvvəl mediada bu tədbirin Moskva ilə Kiyev arasında razılaşma üçün platforma ola biləcəyi bildirilirdi.
Tahir TAĞIYEV