Rusiya qüvvələri dünən axşam saatlarında Kramatorsk Şəhər Şurasının icra komitəsinin binasını hava hücumu nəticəsində dağıdıb.
"Rusiya Kramatorskda Ukrayna dövlətçiliyinin mərkəzi simvolunu hava hücumu ilə məhv etdi" – deyə Kramatorsk Şəhər Hərbi Administrasiyasının rəisi Oleksandr Qonçarenko bildirib.
Qonçarenko binanın 2014-cü il işğalından, şəhərə hücumlardan və onun azad edilməsindən zədələnmədən çıxdığını bildirib: "Bura tarixi, mühəndislik ruhunu, inqilabı, şəhərin həyatını və planlarını təcəssüm etdirirdi. Bu, Ukrayna Kramatorskının təməli idi. Onlar bir binanı dağıda, torpağımızı yandıra və xatirələrimizi oğurlaya bilərlər. Amma gələcəyə olan haqqımızı məhv edə bilməzlər".
Tahir TAĞIYEV