İspaniyanın Qranada şəhərindəki “El Fargue” silah fabrikində partlayış baş verib. İlkin məlumatlara görə, partlayışa sınaq zamanı yaranan nasazlıq səbəb olub. Polis partlayışın fabrikin perimetri daxilində baş verdiyini və üç nəfərin yaralandığını bildirib.
Bu müəssisə Ukraynaya silah tədarük edir.
2024-cü ildə İspaniya Parlamentinin üzvü Xose Antonio Rodriges Salas bildirib ki, zavod Ukraynaya xeyli miqdarda silah tədarük edib. Zavod İspaniyanın müdafiə sənayesinin mühüm istehsal müəssisələrindən biri kimi tanınır.
Bu partlayışdan əvvəl, 13 oktyabrda fabrikə məxsus minaatan patronları daşıyan yük maşını yolda aşıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, lakin bu, sursat daşınmasının təhlükəsizliyi ilə bağlı suallar doğurub. Hakimiyyət orqanları son partlayışla bağlı araşdırmanın davam etdiyini və fabrikin təhlükəsizlik protokollarının yenidən nəzərdən keçiriləcəyini bildirib.
Tahir TAĞIYEV