Parisdə etiraz aksiyaları yenidən başlayıb. Le Monde qəzetinin məlumatına görə, yürüşə tələbə təşkilatlarının, eləcə də CGT, FSU və FO həmkarlar ittifaqlarının nümayəndələri rəhbərlik edir.
Tələbə Birliyinin nümayəndəsi Sabrin Harbak çərşənbə axşamı orta məktəb və universitetlərin mühasirəyə alınacağını və bunu "növbəti xəbərdarlığa qədər" davam etdirmək niyyətində olduqlarını açıqlayıb.
"Makron qaranlıqdır" şüarı yazılmış qara pankartların da peyda olduğu yürüşə, solçu “Əyilməz Fransa” (LFI) hərəkatının prezidentliyə namizədi Jan-Lük Melanşon da qoşulub. İştirakçılar "Melanşon prezidentdir" şüarları səsləndirdilər.
“Le Monde” qəzetinin məlumatına görə, yürüşün irəliləməsi qısa müddətdə çox sayda insanın qoşulmasından sonra axsamağa başlayıb.
Qəzetin məlumatına görə, bu gün Fransada təxminən 150 görüş və nümayiş planlaşdırılır.
Tahir TAĞIYEV