Benyamin Netanyahunun əsas rəqibi Qadi Ayzenkot hökumət qurmaq üçün dəstəyinə ehtiyac duyacağı İsrailin ərəb partiyalarına ilk dəfə müraciət edib. Şənbə axşamı "Yaşar" (Yashar) partiyasının lideri bəyanat yayaraq, rəhbərlik edəcəyi hökumətə qoşulmaq istəyən potensial koalisiya tərəfdaşlarının yerinə yetirməli olduğu şərtləri açıqlayıb. Həmin partiyaların parlamentdəki ümumilikdə 19 yeri Netanyahunun hakimiyyətdən uzaqlaşdırılması üçün ona imkan yarada bilər. Xatırladaq ki, İsraildə keçirilən seçkilərdə baş nazirin bloku 53, Ayzenkotun bloku isə 48 yer qazanıb. Ölkədəki ərəb partiyaları qazandığı 19 səslə koalisiyaya qoşularsa, Ayzenkot Netanyahu üzərində qələbəsini təmin edə bilər.
SAMİRƏ