Papa XIV Leo ABŞ-dakı aralıq seçkilərdə, İllinoys ştatına poçt vasitəsilə səsvermə bülleteni göndərərək iştirak edib. O, Papa olduğu dövrdə seçkilərdə səs verən tarixdəki ilk pontifikdir. Vatikanın mətbuat xidməti bildirib ki, Müqəddəs Ata vətəndaşların demokratik proseslərdə iştirak etmək hüququna və vəzifəsinə inandığını ifadə edir. ABŞ-dakı aralıq seçkilər Konqresə hansı siyasi partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək və Donald Trampın prezidentliyinin son illərinə ciddi təsir göstərəcək. Seçkilər 3 noyabr tarixində bütün ölkə üzrə keçiriləcək, lakin əksər ştatlarda artıq erkən səsvermə başlayıb. "NBC News" telekanalının məlumatına görə, 3 oktyabrda Papa İllinoys ştatının Uill dairəsi (Will County) katibinin ofisindən poçtla səsvermə üçün bülleten istəyib. SAMİRƏ