Bazar ertəsi günü, 02 noyabr 2026
     

Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

Image


ABŞ Prezidenti Donald Trampın administrasiyası Alyaska ştatında noyabrın 3-də keçiriləcək Senat seçkiləri ilə bağlı qeyri-adi hüquqi addım atıb. ABŞ Ədliyyə Nazirliyi Trampın göstərişi ilə məhkəməyə müraciət edərək, respublikaçı senator Den Sallivan seçkidə məğlub olacağı təqdirdə ştatın seçki nəticələrini rəsmən təsdiqləməsinin qarşısının alınmasını istəyib. Buna səbəb bülletendə namizədlərdən ikisinin ad və soyadının demək olar ki, eyni olmasıdır. Administrasiya iddia edir ki, seçicilər respublikaçı senator Den Sallivanla eyni adlı digər namizədi səhv sala və səslər qarışa bilər.

Lakin federal hakim Şeron Qlison noyabrın 1-də bu iddianı rədd edib. Məhkəmə qərarında belə bir araşdırmanın seçicilərin gizli səsvermə hüququnun qorunması baxımından real mexanizminin olmadığını və federal hökumətin ştatın seçki nəticələrinin təsdiqlənməsinə bu formada müdaxilə etmək səlahiyyətinin əsaslandırılmadığını bildirib. Tramp özü də iddianın verilməsini tapşırdığını açıq şəkildə təsdiqləyib.

Bu hadisə ABŞ-da seçkilərin legitimliyi, hakimiyyətin seçki prosesinə müdaxilə imkanları və məğlubiyyət ehtimalı qarşısında demokratik prosedurlara münasibət məsələsini yenidən gündəmə gətirib. Seçki baş tutmamış, heç bir nəticə məlum olmamış məhkəmədən mümkün məğlubiyyət halında nəticələrin təsdiqlənməsinin dayandırılmasını istəmək nə dərəcədə hüquqi və demokratik prinsiplərə uyğundur?

Donald Tramp administrasiyasının Alyaskada seçkinin nəticələrini hələ səsvermə başa çatmamış, respublikaçı namizədin məğlubiyyəti ehtimalına görə mübahisələndirməyə çalışmasını necə qiymətləndirilə bilər? Seçkinin nəticəsi məlum olmadan belə bir hüquqi addımın atılması ABŞ-ın demokratik seçki ənənələri baxımından hansı presedent yarada bilər? Bu, gələcəkdə hakimiyyətdə olan siyasi qüvvələrin mümkün məğlubiyyətlərini əvvəlcədən hüquqi müstəvidə bloklamaq cəhdlərinə yol aça bilərmi?

Murad Sadəddinov: "Amerikanın seçki sistemində çox ciddi iradlar var, amma onu dəyişdirmək çox çətindir"

Kim nə deyirsə desin, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir

Politoloq Murad Sadəddinov ABŞ-da seçki sistemi ətrafında baş verən mübahisələrin və məhkəmə çəkişmələrinin gələcəkdə də davam edəcəyini düşünür.

O, məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın seçki sistemi ilə bağlı çoxsaylı mübahisəli məqamlar mövcuddur. Həm respublikaçılar, həm də demokratlar müxtəlif seçkilərdə – qubernator, Konqres, Senat və prezident seçkilərində özləri üçün daha əlverişli şərait yaratmağa çalışırlar.

Politoloqun sözlərinə görə, ABŞ seçkilərini ideal hesab etmək olmaz və bu sistemdə ciddi irad doğuran məqamlar var. Məsələn, onun fikrincə, Kaliforniya ştatında seçki məntəqələrində seçicilərin şəxsiyyətinin yoxlanılması ilə bağlı mövcud qaydalar suallar yaradır. O, hesab edir ki, belə yanaşma seçki prosesində sui-istifadə imkanları yarada bilər. Bununla bağlı respublikaçıların hüquqi müstəvidə dəyişiklik etmək cəhdləri isə yerli məhkəmələr tərəfindən insan hüquqlarının pozulması arqumenti ilə qəbul edilməyib.

Murad Sadəddinov Alyaskada yaranmış vəziyyətin də məhz bu siyasi rəqabət kontekstində qiymətləndirilməli olduğunu deyib. O, bildirib ki, bu ştatda ənənəvi olaraq respublikaçılar üstün mövqedə olublar. Lakin budəfəki seçkilərdə demokratların qubernatorluq uğrunda üstünlük əldə etmək ehtimalı respublikaçılar və şəxsən Donald Tramp üçün ciddi siyasi zərbə kimi qiymətləndirilə bilər.

Politoloq hesab edir ki, respublikaçıların məhkəmə müstəvisində müəyyən məsələlərə müdaxilə etməyə çalışması da bu narahatlıqla bağlıdır. Onun fikrincə, eyni adlı namizədlə əlaqədar yaranmış vəziyyətdən hüquqi müstəvidə istifadə etməklə seçki prosesinə təsir göstərmək cəhdi müşahidə olunur. Bununla belə, Sadəddinov məhkəmənin bu iddia ilə bağlı müsbət qərar verəcəyini gözləmir.

O, əlavə edib ki, baş verənlərin ABŞ-ın bütövlükdə seçki sisteminə hansı təsiri göstərəcəyini indidən söyləmək çətindir. Ancaq bir məqam aydındır: qarşıdakı seçkilərdə, o cümlədən gələcək prezident seçkilərində hər iki siyasi düşərgənin məhkəmələrə müraciətləri və seçki nəticələri ilə bağlı mübahisələri davam edəcək.

Politoloq ABŞ-ın seçki sisteminin dəyişdirilməsinin çətinliyini ölkənin federal quruluşu ilə əlaqələndirib. Onun sözlərinə görə, bu sistem formalaşdırılarkən ştatlar arasında müəyyən tarazlıq yaratmaq məqsədi güdülüb. ABŞ-da prezident birbaşa ümumxalq səsverməsi ilə deyil, Seçicilər Kollegiyasının mexanizmi vasitəsilə seçilir. Bu modelin əsas məntiqi ştatların federal idarəçilikdəki rolunu qorumaq və yalnız əhalisi çox olan ştatların seçki prosesində həlledici üstünlük qazanmasının qarşısını almaqdır.

Murad Sadəddinovun fikrincə, ABŞ-ın seçki sistemində ciddi problemlər və mübahisəli məqamlar olsa da, onun konservativ xarakteri bu sistemin köklü şəkildə dəyişdirilməsini çətinləşdirir.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ