İrandan Azərbaycana ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb, ölkənin hava məkanına qanunsuz daxil olan pilotsuz uçuş aparatları zərərsizləşdirilib.
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, hadisələr Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində qeydə alınıb.
Kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerlərinə baxış zamanı “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
ZÜMRÜD