ABŞ prezidenti Donald Tramp Ayova ştatında keçirilən mitinqdə çıxış edərək tərəfdarlarına Rusiya və Çinin kəşfiyyat fəaliyyətindən narahat olmamağa çağırıb, çünki Vaşinqton da onlara qarşı eyni şeyi edir.
"Bəzi insanlar “Çin bizi izləyir” deyir. Mən də 'Biz də onları izləyirik. Narahat olmayın” deyirəm. “Dəhşətlidir, Çin və Rusiya bizim haqqımızda kəşfiyyat məlumatları toplayır” deyirlər. Mən də “Düzdü. Biz də eynisini onlara qarşı edirik. Hətta biz bunu onlardan daha yaxşı edirik”, - Tramp deyib.
Tahir TAĞIYEV