Noyabrın 3-də Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının yeni ombudsmanının seçilməsi ilə bağlı məsələ müzakirə olunub.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc namizədlər barədə məlumat verib.
Səsvermə yolu ilə hazırkı ombudsman Səbinə Əliyeva yenidən bu vəzifəyə seçilib.
Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilib.
ZÜMRÜD