Amerikalı jurnalist Taker Karlsonun sözlərinə görə, Tramp administrasiyası İsrail Baş naziri Binyamin Netanyahunun təzyiqi ilə bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər.
Onun sözlərinə görə, hədəf İsrail kəşfiyyatının İran hökumətinin uranı zənginləşdirmə proqramını yenidən başlatdığını iddia etdiyi İranın mərkəzindəki yerləşən Pikaks dağı olacaq. Amerika arsenalındakı heç bir ənənəvi silah zənginləşdirmənin aparıldığı güman edilən tunelləri məhv etmək üçün 90 metrlik bərk qraniti dağıtmaq gücündə deyil.
Karlson qeyd edir ki, yeganə hərbi seçim nüvə zərbəsidir. “Netanyahu bunu istəyir. Məlumatlı bir mənbə "Bibi hər gün bu barədə Trampa zəng edir" deyir. Netanyahu küncə sıxışıb və çarəsiz vəziyyətdədir. Ötən həftəki seçki nəticələrini nəzərə alsaq, O, Tramp İsrail siyasətinə birbaşa müdaxilə etmədikcə və Netanyahuya Knessetdə 61 yer verəcək digər partiyalarla razılıq əldə edilmədikcə, yeni hökumət qura bilməyəcək. Əks təqdirdə, o, baş nazir vəzifəsindən uzaqlaşdırılacaq və ehtimal ki, həbs cəzası ilə üzləşəcək.
Netanyahu Trampa yaxın qalmalıdır. Onun bu müharibəyə ehtiyacı var. Bu məqsədlə o, administrasiyadakı ən yaxın müttəfiqlərinə, o cümlədən Müdafiə naziri Pit Heqsetə və ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuperə maksimum təzyiq göstərir. Onların hər ikisi də müharibənin danışıqlar yolu ilə həllinə qarşı çıxır. Hər ikisi böyük hərbi əməliyyatların bərpa olunmasını tələb edir.
Nüvə zərbəsi fəlakəti kəskin şəkildə sürətləndirəcək. Pikaks dağındakı partlayışdan yaranan radioaktiv tullantılar Fars körfəzini çirkləndirəcək və 100 milyon insanın su təchizatını zəhərləyəcək. Bunlar nüvə zərbəsinin region üçün nəticələrinin yalnız bir hissəsidir" – deyə Karlson qeyd edir.
Tahir TAĞIYEV