ABŞ prezidenti Donald Tramp, Konqresə seçkilərdən sonra İrana qarşı başlaması gözlənilən yeni hərbi əməliyyatın uğursuz olacağı təqdirdə, müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəislərinin rəhbəri general Den Keyni günahlandıra bilər.
"The Atlantic" qəzetinin administrasiyadan kənar, lakin Trampa yaxın mənbələrə istinadən verdiyi məlumata görə, prezident İranla müharibənin bitməməsinə görə günahı kiminsə üzərinə atmağı düşünür. Trampın müşavirləri əvvəllər, fevral ayında münaqişə başlamazdan əvvəl, səhvən ona ara seçkilərdən çox əvvəl bitəcəyinə dair zəmanət vermişdilər.
Mənbələrin verdiyi məlumata görə, "günah keçisi" ola biləcəklər arasında Pit Heqset və general Den Keyn də yer alır. Onlar iddia edirlər ki, Heqset Ağ Evdə o qədər də çox istənilmir və Trampı razı salmaq üçün dəyərləndirmələrində həddindən artıq nikbindir. Mənbə nəşrə bildirib ki, Heqset prezidentə eşitmək istədiyi şeyləri demək bacarığına malikdir.
Tahir TAĞIYEV