Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sözlərinə görə, Rusiya digər dövlətlərə hücum etməyi və ya onlara qarşı hibrid müharibələr aparmağı planlaşdırmır.
"Bunu niyə etməliyik? Biz heç bir ölkəni məhv etməyəcəyik", - deyə o qeyd edib.
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz. Sülh içində yaşayın, bizə hücum etməyin, bizim də heç kimə hücum etmək niyyətimiz yoxdur", - deyə o əlavə edib.
Tahir TAĞIYEV