İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının şərqində ABŞ-a məxsus MQ-9 kəşfiyyat və hücum pilotsuz təyyarəsini aşkarlayaraq məhv etdiyini açıqlayıb.
Fars xəbər agentliyinin SEPAH-a istinadən verdiyi məlumata görə, dron yeni, qabaqcıl aerokosmik müdafiə sistemi ilə vurulub.
Qeyd olunur ki, bu, artıq İran tərəfi tərəfindən məhv edilən 55-ci Amerika MQ-9 dronudur.
SEPAH həmçinin bildirib ki, Hörmüz boğazında, Qeşm adasının cənubunda iki ABŞ MQM-170 kəşfiyyat dronunu ələ keçirilib. İddia edilir ki, ələ keçirilən bu tip ABŞ dronlarının ümumi sayı dördə çatıb.
Tahir TAĞIYEV