Demokrat Partiyasının namizədləri hazırda ABŞ Konqresində yerlərin əksəriyyətini qazanırlar. Demokratlar, Nümayəndələr Palatasında, Senatda və qubernator seçkilərində böyük üstünlük qazanıblar.
Demokratlar Respublikaçıların dayağı hesab edilən Texasda həm Senatı, həm də qubernatorluğu qazanıblar. Demokratlar burada 38 ildir seçkilərdə qalib gəlməmişdilər. Demokrat namizəd Ceyms Talariko Respublikaçı Ken Pakstonu məğlub edərək, 1988-ci ildən bəri ştatın ilk Demokrat senatoru olub.
ABŞ-ın ən mühafizəkar ştatlarından biri olan Kanzasda da ara seçkilər böyük sürprizlə nəticələnib. Demokrat namizəd Adnan Hamilton Kanzasdan senator seçilib. Bu, 1932-ci ildən bəri Demokrat Partiyasının Senata Kanzasdan namizəd göndərdiyi ilk haldır.
Tahir TAĞIYEV