Hörmüz boğazının cənubunda dörd tanker minaya düşüb, daha iki gəmi isə saxlanılıb. Bu barədə İRNA xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.
"Hörmüz boğazının cənub hissəsindəki qadağan olunmuş ərazidən keçməyə çalışan və neft daşıyan dörd gəmi dəniz minalarına dəyib, nəticədə partlayış baş verib və gəmilərdə yanğın başlayıb” – deyə agentlik bildirib
Hörmüz boğazı üzərində ABŞ-a məxsus bir MQ9 pilotsuz təyyarəsinin vurulduğu da qeyd edilir.
Tahir TAĞIYEV