çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

Image


Məhərrəm Zülfüqarlı: “Putinin TDT-yə daxil olmaq üçün can atması əsasən ona indiki dövrdə böhran keçirməsi beynəlxalq aləmdə nüfuzdan düşməsi ilə bağlıdır”

“Rusiya hələ Türk Dövlətləri Təşkilatına qoşulmaq üçün rəsmi dəvət almayıb”. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. O, Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edib. "Başa düşdüyüm qədəri ilə rəsmi dəvət olmayıb, amma buna baxmayaraq, əlbəttə ki, bu mövzu, o cümlədən Astana ilə, Astanadan olan dostlarımızla əlaqələrimizin gündəliyində mütləq olacaq. Rusiyanın Türk Dövlətlərinin Təşkilatında iştirakına gəldikdə, bilirsiniz ki, Rusiyada xalqları tarixən türk olan bir sıra regionlar var. Ona görə də, əlbəttə ki, bu, tamamilə başa düşülən və məqsədəuyğun olardı. Məhz ayrı-ayrı Rusiya regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakı" deyə - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatının (TDT) "TDT+" formatına cəlb olunmasını və ya qurumda müşahidəçi statusu almasını təklif edib.

Tokayev bu təkliflə 30 oktyabr 2026-cı il tarixində Ankarada keçirilən TDT-nin 13-cü Zirvə görüşündə çıxış edib.

Maraqlıdır, Rusiya niyə TDT-yə üzv olmağa belə can atır?

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, Rusiyanın TDT-yə can atması təsadüfi deyil və burada Putin hökumətinin xüsusi marağı var. “Rusiyanın Türk dünyasına yaxınlaşmaq istəyinin səbəbləri var.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) OTS+ formatında cəlb edilməsi və ya müşahidəçi statusu alması ilə bağlı təşəbbüsü, eləcə də Moskvanın buna verdiyi müsbət reaksiya müxtəlif siyasi, tarixi və geosiyasi səbəblərlə əlaqədardır.

Məsələyə yalnız diplomatik münasibətlər çərçivəsində deyil, Rusiya imperiyasının tarixi, Türk xalqlarına münasibəti və müasir dövrdə Moskvanın imperiya ambisiyaları kontekstində yanaşmaq lazımdır.

Əvvəlcə Rusiya və Türk xalqları arasında tarixi münasibətlərə nəzər salaq.

Rus xalqı ilə Türk xalqları arasında münasibətlər əsrlər boyu mürəkkəb və çoxşaxəli olub. Bu münasibətlər yalnız müharibələrdən və qarşıdurmalardan ibarət olmayıb. Burada siyasi ittifaqlar, mədəni qarşılıqlı təsirlər, iqtisadi əlaqələr, xalqların qarışması və ortaq tarixi proseslər də mühüm yer tutub.

Lakin Rusiya imperiyasının formalaşması və sonrakı siyasi inkişafı dövründə Türk xalqlarının tarixi çox zaman imperiyanın ideoloji maraqlarına uyğun şəkildə təqdim edilib. Xüsusilə çar Rusiyası dövründə və daha sonra sovet hakimiyyəti illərində tarixə siyasi müdaxilələr, ayrı-ayrı xalqların keçmişinin ideoloji məqsədlərlə şərh olunması halları baş verib.

Nikolay Karamzinin Rusiya tarixinə dair əsərləri, çarizm dövrünün tarixçilik ənənələri və sovet tarixşünaslığının ideoloji yanaşmaları bu baxımdan ayrıca araşdırılmalıdır. Türk xalqlarının tarixi, onların dövlətçilik ənənələri və Rusiya ilə münasibətləri çox zaman rus dövlətçiliyinin mərkəzindən izah edilib.

Xüsusilə sovet dövründə tarix elmi Kommunist Partiyasının ideoloji nəzarəti altında idi. Türk xalqlarının keçmişi də bu ümumi siyasətdən kənarda qalmayıb. 1944-cü ildə Krım tatarlarının deportasiyası və digər xalqlara qarşı repressiyalar göstərdi ki, sovet hakimiyyəti etnik kimlik və tarixi yaddaş məsələlərindən siyasi məqsədlər üçün istifadə edirdi.

Mənə elə gəlir ki, burada başlıca məqsədlərdən biri imperiyanın siyasi legitimliyini qorumaq, mərkəzi hakimiyyətin nüfuzunu möhkəmləndirmək və Türk xalqlarının müstəqil dövlətçilik ənənələrini arxa plana keçirmək idi.

Tatar-monqol məsələsi də bu baxımdan diqqətəlayiqdir.

Rusiya tarixində uzun müddət tatar-monqol hakimiyyəti dövrü rus xalqının əsarət altında yaşadığı, yad qüvvələrin ölkəni işğal etdiyi və rus dövlətçiliyinin həmin hakimiyyətə qarşı mübarizə nəticəsində formalaşdığı bir dövr kimi təqdim edilib.

Lakin müasir tarixşünaslıq bu məsələyə daha mürəkkəb yanaşır. Qızıl Orda ilə rus knyazlıqları arasındakı münasibətlər yalnız işğal və müqavimətdən ibarət olmayıb. Burada siyasi asılılıq, diplomatik münasibətlər, iqtisadi əlaqələr, hərbi əməkdaşlıq və qarşılıqlı təsirlər mövcud olub.

Bəzi müasir tarixçilər əvvəlki tarixşünaslıq ənənələrini yenidən nəzərdən keçirərək, Türk xalqlarının Rusiya dövlətçiliyinin formalaşmasındakı roluna diqqət çəkirlər. Bununla belə, tatar-monqol yürüşlərini və Qızıl Ordanın rus knyazlıqları üzərindəki hakimiyyətini bütövlükdə uydurma hesab etmək tarixi faktlarla uzlaşmır. Məsələnin daha düzgün izahı həmin dövrün siyasi münasibətlərini bütün mürəkkəbliyi ilə araşdırmaqdır.

Türk xalqlarının Rusiya tarixindəki rolu yalnız Qızıl Orda ilə məhdudlaşmır. Napoleonun Rusiyaya yürüşü zamanı da imperiyanın tərkibində yaşayan müxtəlif Türk xalqlarının nümayəndələri Rusiya ordusunda xidmət edərək müharibədə iştirak ediblər. Bu faktlar göstərir ki, Rusiya tarixini yalnız etnik rusların fəaliyyəti ilə izah etmək mümkün deyil.

Beləliklə, rus və Türk xalqları arasında əsrlər boyu qarşılıqlı təsir, siyasi əməkdaşlıq və mədəni inteqrasiya prosesi gedib.

Bəs Rusiya niyə bu gün Türk dünyasına yaxınlaşmağa çalışır?

Mənə elə gəlir ki, burada bir neçə mühüm siyasi amil var.

Birincisi, Rusiya Ukraynaya qarşı apardığı müharibə nəticəsində beynəlxalq münasibətlər sistemində ciddi problemlərlə üzləşib. Moskvanın Qərblə münasibətləri kəskin şəkildə pisləşib, iqtisadi və siyasi təzyiqlər artıb, beynəlxalq nüfuzu ciddi zərbə alıb.

Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putin haqqında həbs orderi verməsi də onun beynəlxalq siyasi mövqeyinə təsir edən mühüm hadisələrdən biridir. Bu order Ukraynadan deportasiya edilmiş uşaqlarla bağlı iddialara əsaslanır.

Ukrayna müharibəsi Rusiyanın yalnız beynəlxalq nüfuzuna deyil, daxili siyasi və demoqrafik vəziyyətinə də ciddi təsir göstərir. Müharibədə müxtəlif etnik qrupların nümayəndələri ilə yanaşı, etnik ruslar da həyatlarını itirirlər.

Bu baxımdan Rusiya rəhbərliyinin Türk dünyası ilə münasibətləri genişləndirmək cəhdi Moskvanın yeni siyasi tərəfdaşlar axtarışı ilə də əlaqələndirilə bilər.

Lakin burada başqa bir məsələ də var: Rusiya Türk dünyasına yaxınlaşmaqla özünün imperiya siyasətindən imtina edirmi?

Məncə, bu suala müsbət cavab vermək olmaz.

Rusiyanın daxilində yaşayan Türk xalqlarının vəziyyəti də diqqətdən kənarda qalmamalıdır”.

M.Zülfüqarlı qeyd etdi ki, tatarlar, başqırdlar, çuvaşlar, saxalar, kalmıklar və digər xalqlar Rusiya Federasiyasının çoxmillətli strukturunun mühüm hissəsidir.

“Tatarıstanın və digər milli respublikaların əvvəlki illərdə malik olduqları siyasi səlahiyyətlərin Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra məhdudlaşdırılması Rusiyada mərkəzləşmə siyasətinin gücləndiyini göstərir.

Bu, yalnız inzibati məsələ deyil. Burada milli kimlik, dil, mədəniyyət, siyasi muxtariyyət və tarixi yaddaş məsələləri də var.

Rusiya rəhbərliyinin Türk dünyasına yaxınlaşmaq istəyi ilə öz daxilindəki Türk xalqlarının siyasi imkanlarını məhdudlaşdırması arasında müəyyən ziddiyyət görünür.

Moskva bir tərəfdən Türk xalqlarının tarixi və mədəni irsindən istifadə edərək Türk Dövlətləri Təşkilatında iştirak etmək istəyir, digər tərəfdən isə həmin xalqların müstəqil siyasi iradəsinin güclənməsindən ehtiyatlana bilər.

Bu ziddiyyət Rusiyanın Türk dünyasına münasibətinin əsas problemlərindən biridir.

Belə olan halda bu cür siyasət yenidən Putinin TDT-yə daxil olmaq üçün can atması əsasən ona indiki dövrdə böhran keçirməsi beynəlxalq aləmdə nüfuzdan düşməsi ilə bağlıdır. Yəni səbəb odur ki, Putin bu cür addımlarla müəyyən qədər özünə bəraət qazandırmaq, əvvəlki itirdiyi nüfuzu geri qaytarmaq istəyir. Bu da mümkün deyil.

Qaldı Qazaxıstanın bu təklifinə. Qazaxıstanı başa düşmək olar, çünki Rusiyanın indiki rəhbərliyi SSRİ-ni bərpa etmək niyyətindədir və imperiya siyasəti yeritməklə Ukrayna ilə yanaşı Qazaxıstanı da təzyiqlər edir. Qazaxıstanın dövlət tarixini saxtalaşdırır.

Qazaxıstan Rusiya ilə uzun sərhədlərə malikdir. Ölkədə etnik rusların sayı da əhəmiyyətli olduğundan Moskva ilə münasibətlər Astana üçün həssas siyasi məsələdir.

Bundan əlavə, Rusiya rəhbərliyinin postsovet məkanında öz nüfuzunu və siyasi təsirini qorumaq istəyi Qazaxıstan üçün müəyyən risklər yaradır.

Moskvanın postsovet respublikalarının tarixini, dövlətçilik ənənələrini və milli kimliklərini öz siyasi maraqlarına uyğun şərh etməsi Qazaxıstanda da narahatlıq doğurur.

Qazax tarixçiləri ölkənin tarixinin yalnız Qazax xanlığının yaranması ilə başlamadığını, daha qədim dövlətçilik və mədəniyyət ənənələrinin mövcud olduğunu vurğulayırlar.

Bu baxımdan Tokayevin təşəbbüsünü Rusiyanın siyasi təzyiqlərini yumşaltmaq, Moskva ilə münasibətləri daha idarəolunan vəziyyətə gətirmək və eyni zamanda Türk dünyası daxilində diplomatik manevr imkanlarını genişləndirmək cəhdi kimi də qiymətləndirmək olar.

Ancaq bu, yalnız ehtimaldır. Tokayevin təşəbbüsünün əsas məqsədinin məhz Rusiyanın təzyiqlərini azaltmaq olduğunu qəti şəkildə söyləmək üçün əlavə faktlar lazımdır.

Rəsmi açıqlamada Qazaxıstan Prezidenti Rusiyanın Türk dünyası ilə tarixi əlaqələrinə, ölkədə yaşayan Türk xalqlarına və iqtisadi əməkdaşlıq imkanlarına diqqət çəkib. O, Rusiyanın TDT-yə OTS+ formatında cəlb olunmasını və ya müşahidəçi statusu almasını təklif edib.

Burada mühüm məqam odur ki, Tokayev TDT-nin hərbi ittifaqa çevrilməsinin əleyhinə olduğunu da bir daha vurğulayıb.

Bəs Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakı nə ilə nəticələnə bilər?

Mənə belə gəlir ki, bu təşəbbüsün həm müsbət, həm də təhlükəli tərəfləri var.

Rusiyanın təşkilatda iştirakı iqtisadi, nəqliyyat, logistika və mədəni əlaqələr baxımından müəyyən imkanlar yarada bilər. Lakin Moskvanın təşkilat daxilində siyasi təsirini artırması Türk dövlətlərinin müstəqil qərarvermə imkanlarını məhdudlaşdıra bilər.

Türk Dövlətləri Təşkilatı öz mahiyyətini və siyasi məqsədlərini qorumaq istəyirsə, üzvlük və müşahidəçilik məsələlərinə çox ehtiyatla yanaşmalıdır.

Türk dünyasının inteqrasiyası yalnız tarixi və mədəni yaxınlıq üzərində deyil, suverenliyə hörmət, qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurulmalıdır.

Mən hesab edirəm ki, Rusiya Türk dünyasına yaxınlaşmaq istəyirsə, ilk növbədə öz daxilində yaşayan Türk xalqlarının hüquqlarına, milli kimliyinə, dilinə, mədəniyyətinə və siyasi səlahiyyətlərinə hörmət etməlidir.

Əks halda, bu yaxınlaşma səmimi inteqrasiya deyil, yeni siyasi təsir vasitəsinə çevrilə bilər”.

M.Zülfüqarlı vurğualdı ki, əgər gələcəkdə Rusiyada imperiya siyasətindən imtina edən, milli respublikaların hüquqlarına hörmətlə yanaşan və xalqların öz müqəddəratını müəyyən etmək hüququnu tanıyan siyasi dəyişikliklər baş verərsə, Rusiya daxilindəki Türk xalqları ilə Türk dünyası arasında daha geniş əməkdaşlıq imkanları yarana bilər.

“Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Saxa və digər Türk xalqlarının mədəni və iqtisadi inteqrasiyası Türk dünyası üçün yeni perspektivlər aça bilər.

Lakin bu prosesin hansı formada inkişaf edəcəyi Rusiyanın gələcək siyasi sistemindən və Türk dövlətlərinin özlərinin nə dərəcədə müstəqil siyasət yürüdə bilməsindən asılı olacaq.

Mənə belə gəlir ki, indiki mərhələdə Vladimir Putin rəhbərliyindəki Rusiyanın Türk Dövlətləri Təşkilatına yaxınlaşması ciddi siyasi risklər daşıyır.

Türk dünyası bu təşəbbüsə yalnız tarixi və mədəni yaxınlıq prizmasından yanaşmamalıdır. Burada dövlətlərin suverenliyi, təşkilatın gələcək inkişafı və Türk xalqlarının müstəqil siyasi iradəsi əsas götürülməlidir.

Çünki Türk birliyinin məqsədi yeni bir imperiyanın formalaşması deyil, müstəqil Türk dövlətlərinin və xalqlarının qarşılıqlı əməkdaşlığı, inkişafı və təhlükəsizliyidir.

Əlbəttə, bunlar mənim subyektiv siyasi və tarixi mülahizələrimdir. Lakin düşünürəm ki, bu məsələyə belə yanaşan insanların sayı az deyil”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ