Amerika mediasının proqnozlarına görə, Demokrat Partiyasının nümayəndələri hazırda ABŞ Konqresində yerlərin əksəriyyətini qazanırlar.
Məlumata görə, Nümayəndələr Palatasına seçkilərdə demokratlar 195, respublikaçılar isə 116 mandat əldə ediblər. Senatda Demokratlar 52, Respublikaçılar isə 41 mandata sahibdirlər. Ştatlar üzrə qubernator seçkilərində isə demokratlar 24, respublikaçılar isə 13 yerə sahibdirlər.
ABŞ-da Konqresə aralıq seçkiləri keçirilir. Nəticələr Nümayəndələr Palatasının və Senatın tərkibini müəyyən edəcək. Söhbət Konqresin aşağı palatasındakı 435 yerin hamısından və Senatdakı 100 yerdən 35-dən gedir.
Trampın ikinci müddətinin ən böyük sınağı hesab edilən ara seçkilərdən əvvəl Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda sadə çoxluğa sahib idilər. Nümayəndələr Palatasında Respublikaçılar 218 yerə, Demokratlar isə 214 yerə sahib idilər. Senatda isə bu nisbət Respublikaçıların lehinə 53-47 idi.
Tahir TAĞIYEV