Ermənistan İstintaq Komitəsi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, müxalif “Güclü Ermənistan” Partiyasının sədri Samvel Karapetyanın və onun qardaşı oğlu, parlamentdəki “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparır.
Bu barədə “Güclü Ermənistan” Partiyasının sözçüsü Aqavni Sukiasyan sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, axtarışlar bu gün səhər tezdən başlayıb. Sukiasyan bildirib ki, Karapetyan ailəsi ilə bağlı olan digər ünvanlarda da axtarış aparılır.
Tahir TAĞIYEV