ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson respublikaçıların 2028-ci ildə aşağı palata üzərində nəzarəti bərpa edəcəyinə inanır.
"Mən də daxil olmaqla bütün amerikalılar bu nəticələrdən məyusdurlar, amma biz əminik. (...) 2028-ci ildə Nümayəndələr Palatasını geri alacağıq və bu işi başa çatdıracağıq", - Conson çərşənbə axşamı yerli vaxtla jurnalistlərə bildirib.
Onun sözlərinə görə, respublikaçıların işi "hələ bitməyib" və "seçki nəticələri bunu dəyişmir".
Bu arada, Nümayəndələr Palatasının Azlıq Lideri Hakim Ceffris seçki proqnozlarının dərc olunması fonunda "Amerika sağ-salamatdır" deyə vurğulayıb.
"Biz ölkə daxilində Respublikaçıların manipulyasiyasını darmadağın etdik", - sözlərini X sosial media platformasında yazan Ceffris bəyan edib ki, Amerika geri döndü: "Amerika xalqı səs verdi və ekstremizmdən, korrupsiyadan bezdiklərini açıq şəkildə bildirdi".
"Bizə Amerika xalqını birinci yerə qoyan bir Konqres lazımdır", - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ-da ara seçkilər davam edir. Seçkilərin nəticələri Nümayəndələr Palatasının və Senatın tərkibini müəyyən edəcək. Söhbət Konqresin aşağı palatasındakı 435 yerin hamısından və Senatdakı 100 yerin 35-dən gedir.
SAMİRƏ