Cümə günü, 13 noyabr 2026
     

Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

Image


Milli maraqlara, ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasət kursu müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirir, regional proseslərdə rolunu artırır və qlobal miqyasda etibarlı tərəfdaş kimi nüfuz qazanmasını şərtləndirir. Azərbaycan bütün dövlətlərlə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, bərabərhüquqluluq, qarşılıqlı hörmət və maraqlar əsasında qurur.

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir, etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, iqtisadi müstəqilliyimiz beynəlxalq arenada siyasi mövqeyimizin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycanın enerji diplomatiyasının uğurları fonunda bu tərəfdaşlığın inkişafı daha aydın görünür. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir. Hazırkı dövrün əsas çağırışı olan yaşıl enerjiyə keçid prosesinin sürətlənməsi, Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlı olan ölkələrin, transmilli şirkətlərin sayının artması günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin istər xarici ölkələrə, istərsə də bu və ya digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinə diqqət yetirsək bu səfərlər zamanı müxtəlif sahələri, o cümlədən enerji sektorunu əhatə edən sənədlərin imzalandığını aydın görərik. Münasibətlərdə hüquqi baza rolunu oynayan bu sənədlər gələcək əlaqələrin ümumi mənzərəsini təqdim edir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı bu məqamı da xüsusi vurğulayıb ki, müxtəlif geosiyasi mərkəzlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindəndir. Son dövrlərdə ABŞ, Çin və digər nüfuzlu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi bu siyasətin konkret nəticələridir. Bu baxımdan noyabrın 13-də Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin imzaladıqları Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycanın xarici siyasət uğurlarının növbəti mühüm göstəricisidir. Bu sənəd Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin rəsmən yeni mərhələyə yüksəldiyini təsdiqləyir. Sənəd tərəflər arasında otuz ildən artıq davam edən enerji və iqtisadi əməkdaşlığı təhlükəsizlik, rəqəmsal transformasiya və regional bağlantıları əhatə edən çoxşaxəli siyasi-strateji müstəviyə keçirir. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına iri həcmdə sərmayə yatıran əsas tərəfdaşlardan biridir. Böyük Britaniya ilə imzalanan sənəd yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, Azərbaycanın beynəlxalq tərəfdaşlıq sistemində mövqeyinin güclənməsi nöqteyi-nəzərindən də xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan son illərdə dünyanın aparıcı siyasi və iqtisadi güc mərkəzləri ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə beynəlxalq əməkdaşlıq coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. 2025-ci il aprelin 23-də Çin ilə Hərtərəfli Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın imzalanması, 2026-cı il fevralın 10-da isə ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının qəbul edilməsi bu baxımdan xüsusi qeyd olunmalıdır. Növbəti addım olaraq Böyük Britaniya ilə də strateji tərəfdaşlığın rəsmiləşdirilməsi Azərbaycanın həm Qərb, həm də Şərq istiqamətində etibarlı və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurduğunu təsdiqləyir. Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri ilə görüşündə də qeyd olunduğu kimi, Birgə Bəyannamənin qəbulundan əvvəl də iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyıb.

Bu məqam sənədin mahiyyətini daha aydın ifadə edir. Belə ki, burada söhbət yalnız diplomatik münasibətlərin yeni status almasından deyil, uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni dövrün çağırışlarına uyğun şəkildə genişləndirilməsindən gedir. Birgə Bəyannamə qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsiplərini əsas götürərək, tərəflərin gələcək fəaliyyət istiqamətlərini konkretləşdirir. Ötən dövr ərzində siyasi dialoq, enerji, iqtisadiyyat və investisiya sahələrində formalaşan əməkdaşlıq qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaradıb. Dublin görüşündə qəbul edilən yeni sənəd isə bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini rəsmiləşdirərək, əməkdaşlığın gələcək inkişafı üçün daha geniş çərçivə müəyyənləşdirir.

Vüqar Rəhimzadə qeyd edib ki, sənədin diqqətçəkən məqamlarından biri onun üç əsas istiqaməti əhatə etməsidir: müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiya. Bu yanaşma göstərir ki, Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı artıq ənənəvi əməkdaşlıq sahələri ilə məhdudlaşmır, təhlükəsizlikdən texnologiyaya, iqtisadi inkişafdan insan kapitalına qədər geniş spektri əhatə edir. Eyni zamanda, bu istiqamətlərin vahid sənəddə birləşdirilməsi tərəfdaşlığın kompleks və uzunmüddətli xarakterini nümayiş etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər və yeni təhlükəsizlik çağırışları fonunda xüsusi aktuallıq kəsb edir. Bəyannamənin digər mühüm istiqaməti ticarət, investisiya və iqtisadi artımla bağlıdır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasına, yeni investisiya imkanlarının yaradılmasına və biznes əlaqələrinin inkişafına şərait yaradacaq. Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşündə ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu vurğuladı. Hazırda bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğu bildirildi.

Sözügedən sənəddə bərpaolunan enerji, infrastruktur, xidmətlər, yaşıl maliyyələşdirmə, aşağıkarbonlu texnologiyalar və maliyyə bazarları üzrə əməkdaşlığın inkişafı nəzərdə tutulur. Bu, Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və yaşıl enerji potensialının reallaşdırılması strategiyası ilə uzlaşır. Xüsusilə bərpaolunan enerji sahəsində Britaniya şirkətlərinin təcrübəsi və investisiya imkanları ölkəmiz üçün yeni layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli perspektivlər yaradır. Sənəddə Orta Dəhlizin inkişafına xüsusi yer ayrılması da diqqətəlayiqdir. Qlobal ticarət və nəqliyyat marşrutlarının dəyişdiyi, beynəlxalq təchizat zəncirlərinin dayanıqlılığının mühüm əhəmiyyət qazandığı bir dövrdə Azərbaycanın tranzit və logistika imkanları Avropa üçün əlavə strateji dəyər yaradır. Bu baxımdan Birgə Bəyannamədə həmin marşrutun ayrıca qeyd olunması iqtisadi əməkdaşlığın regional və beynəlxalq bağlantılarla birbaşa əlaqələndirildiyini göstərir. Tərəfdaşlığın üçüncü istiqaməti olan təhsil və innovasiya sahəsi isə gələcəyə hesablanmış əməkdaşlıq modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Vüqar Rəhimzadə qeyd edib ki, Birgə Bəyannamənin mühüm siyasi məqamlarından biri də beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin bir daha təsdiqlənməsidir. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətinin vurğulanması və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə verilən diqqəti göstərir. Böyük Britaniyanın regionda davamlı sülhə ikitərəfli dialoq yolu ilə nail olunmasına dəstəyini ifadə etməsi də bu kontekstdə əhəmiyyətlidir. Çünki Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi təkcə region ölkələri üçün deyil, Avropa ilə Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından da vacibdir.

Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin çoxşaxəli xarici siyasətinin növbəti mühüm nəticəsidir. ABŞ, Çin və Böyük Britaniya kimi beynəlxalq siyasi və iqtisadi sistemdə mühüm mövqeyə malik dövlətlərlə strateji tərəfdaşlıq sənədlərinin imzalanması Azərbaycanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaq imkanlarını nümayiş etdirir. Birgə Bəyannamə Bakı və London arasındakı ənənəvi neft-qaz əməkdaşlığını yeni dövrünün çağırışlarına uyğunlaşdırır. Müdafiə sənayesi, yaşıl enerji, süni intellekt və Orta Dəhliz üzrə nəzərdə tutulan addımlar Azərbaycanın Qərb tərəfdaşları ilə siyasi-iqtisadi inteqrasiyasını dərinləşdirir və regionun təhlükəsizlik arxitekturasında yeni əməkdaşlıq formatı yaradır. Yeni sənəd 1994-cü ildə imzalanmış Dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamənin və 1998-ci ildə Dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamənin məntiqi davamıdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ