ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İsrail Müdafiə Ordusuna İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalına hazır olmaq barədə məlumat verib.
“Kan News” telekanalının ABŞ-dakı mənbəyə istinadən yaydığı məlumata görə, İsrailə və Fars körfəzi ölkələrinə təhlükəsizlik kanalları vasitəsilə müharibənin yaxın vaxtlarda yenidən başlaya biləcəyi ehtimalına hazırlaşmaq barədə xəbərdarlıq edilib.
Telekanalın məlumatında bildirilir ki, bu siqnallar ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatların İrana qarşı yenidən başlanmasına ehtiyac görmədiyi barədə son açıqlamaları ilə ziddiyyət təşkil edir.
Bununla yanaşı, “Kan News” ABŞ ordusunun Yaxın Şərqə hərbi qüvvələrin və vasitələrin köçürülməsini davam etdirdiyini qeyd edib.
Məlumat hələlik ABŞ və ya İsrail rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Tahir TAĞIYEV