Rusiya Prezidenti Vladimir Putin Oleşki şəhərində humanitar məsələlərin həlli ilə bağlı əldə edilmiş təcrübənin Konstantinovkada da tətbiq olunmasını təklif edib.
Putin cümə axşamı Moskvada ABŞ nümayəndə heyəti ilə görüşündə bildirib ki, Donbasdakı Konstantinovka şəhərində təxminən 400–500 mülki şəxs qalır. Onun sözlərinə görə, Rusiya tərəfi həmin insanların təhlükəsiz şəkildə şəhərdən çıxarılmasına şərait yaratmağa hazırdır.
Rusiya lideri qeyd edib ki, Konstantinovkada humanitar əməliyyatın həyata keçirilməsi üçün Oleşki şəhərində tətbiq olunan təcrübədən istifadə etmək mümkündür.
Putin iddia edib ki, şəhərə Rusiya qoşunları nəzarət edir və Moskva öz tərəfindən təhlükəsizliyi təmin edəcək. O, həmçinin şəhərə yaxınlaşma yollarının minalardan təmizlənməsi üçün beş günə ehtiyac olduğunu bildirib.
Tahir TAĞIYEV