çərşənbə günü, 11 noyabr 2026
     

ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

Image


Tehrana qarşı hərbi ritorikasını qoruyan ABŞ-nin İrana yönəlik iqtisadi təzyiqi artmaqda davam edir. ABŞ-nin 180 gündən artıqdır davam edən dəniz blokadası nəticəsində İran təxminən 25 milyard dollar neft gəliri itirib. Məhdudiyyətlər təkcə enerji ixracına deyil, həm də beynəlxalq ticarətə, mal daşınmasına və biznes əməliyyatlarına təsir göstərib. Problemlər İranın quru yolu ticarətinə də təsirsiz ötüşmür. Dəniz yollarındakı məhdudiyyətləri kompensasiya etmək üçün İran getdikcə qonşu ölkələrdən keçən avtomobil nəqliyyatına, həmçinin ABŞ hərbi gəmilərinin olmadığı Xəzər dənizinə etibar etməyə başlayıb. Amma artıq ABŞ İranın quru yol və Xəzər dənizi üzərindən ticarət aparmasına da məhdudiyyətlər tətbiq olunması üçün hərəkətə keçib. Bu hal İranın ənənəvi müttəfiq olan Rusiya və Çinlə iqtisadi əlaqlərinə getdikcə daha çox təsir edir.

Amerika mənbələri Donald Trampın İranla bağlı növbəti hərəkətləri üçün üç əsas ssenarini göstərir. Birincisi, daha əhəmiyyətli nəticələr əldə etmək və bölgədə güc balansını dəyişdirmək məqsədilə İrana qarşı hərbi kampaniyanın genişləndirilməsini əhatə edir. İsrailin “Maariv” qəzeti yazır ki, bu variantın tərəfdarları arasında əməliyyatın miqyası və uğur perspektivləri ilə bağlı vahid fikir yoxdur. İkinci seçim razılığa gəlmək üçün Tehranla danışıqların bərpasını əhatə edir. Lakin Amerika mənbələri hesab edir ki, seçkilərin nəticələrindən sonra İran tərəfi Tramp administrasiyasının siyasi zəifləməsinə və razılığa gəlməkdə maraqlı olmasına ümid edərək mövqeyini sərtləşdirə bilər. Üçüncü ssenari İranın iqtisadi blokadasını davam etdirməyi və Tehrana təzyiqi artırmağı, gələcəkdə məhdud, hədəflənmiş hərbi zərbələr endirməyi nəzərdə tutur. Bu strategiya ABŞ-ni tammiqyaslı müharibəyə cəlb etmədən güc balansında dəyişiklik yaratmağa imkan verməlidir. Lakin bu variantda qeyri-müəyyənlik var: blokadanın nə qədər davam edə biləcəyi, təzyiqin İranı mövqeyini yenidən nəzərdən keçirməyə məcbur edib-etməyəcəyi və mövcud vəziyyəti qorumağın iqtisadi və hərbi nəticələrinin nə olacağı məlum deyil. Beləliklə, nə tammiqyaslı müharibə var, nə də sülh hökm sürür. Bu şəraitdə ABŞ-nin daha çox üçüncü ssenari üzərində fokuslamnması da özünü qabarıq şəkildə büruzə verir. Blokadanın genişlənməsi İranı valyuta gəlirlərindən, xüsusilə neft pullarından məhrum edir ki, bu da Silahlı Qüvvələrin maliyyələşdirilməsi daxil olmaqla digər sahələrdə böyük problem yaradır. ABŞ-nin “GE NexantECA” konsaltinq şirkətinin fəxri sədri Fereidun Feşaraki qeyd edir: “Amerikanın dəniz blokadası İranı ənənəvi marşrutlarla neft ixrac etmək imkanından faktiki olaraq məhrum edib. Hazırda İraq vasitəsilə qlobal bazara gündə yalnız 200-300 min barel İran nefti çatır. Amma ABŞ artıq İraqdan buna son qoymasını tələb edir. İran noyabr ayının sonunda xüsusilə kəskin neft gəlirləri çatışmazlığı ilə üzləşə bilər. Blokada davam edərsə, ölkə faktiki olaraq bu valyuta gəliri mənbəyindən məhrum olacaq”.
İran blokadasının daha da sərtləşdirilməsi məqsədilə ABŞ növbəti addımlar atıb. ABŞ Mərkəzi Komandanlığı quru və Xəzər dənizi vasitəsilə İrana silah idxalına qarşı mübarizə aparmaq üçün “Dəmir Qapı” adlı xüsusi işçi qrup yaradıldığını elan edib. Yeni xüsusi təyinatlı qüvvələr bölməsi ölkə daxilində bir neçə kəşfiyyat və müdafiə qurumunun fəaliyyətini əlaqələndirəcək. Mərkəzi Komandanlığın baş admiralı Bred Kuper işçi qrupun yaradılması ilə bağlı şərhində bildirib ki, “Dəmir Qapı” xüsusi qüvvələrinin yaradılması İrana qarşı keçilməz dəniz blokadasının uğurunu dəstəkləyəcək. İrana qarşı dəniz blokadası Tehranın neft və qaz ixrac edə bilməməsi səbəbindən ölkə iqtisadiyyatına 25 milyard dollardan çox ziyan vurub. Barəsində bəhs olunan işçi qrupun yaradılması isə “Reuters” agentliyinin apardığı araşdırmanın dərc olunmasından sonra baş verib. Bu araşdırmada İran Müdafiə Nazirliyinin himayəsi altında 2 milyard dollardan çox dəyərində partlayıcı maddələrin, avtomobillərin və kompüter avadanlıqlarının boz idxalı ilə məşğul olan 5000-dən çox müxtəlif dövlət təşkilatından ibarət şəbəkə aşkar edilib. Yüklər İrana Xəzər dənizi üzərindən Rusiyadan yük gəmiləri, Orta Asiyadan yük maşınları və Çindən yük təyyarələri ilə gəlib. İndi bu idxal marşrutlarının da qarşısı alınır. Enerji məsələləri üzrə amerikalı ekspert Umud Şükri bildirir: “İranın neft ixracından asılılığı ölkəni bu cür məhdudiyyətlərə qarşı xüsusilə həssas edir. Dollar gəlirlərinin azalması tədricən istehsal xərclərini artırır və hökumət ehtiyaclarının maliyyələşdirilməsini çətinləşdirir. Xüsusən azsaylı idxal marşrutlarının da qarşısının alınması İranın daha böyük problemlər yaşamasını şərtləndirir. Əhalinin artan narazılığı da nəzərə alınmalıdır və ABŞ-nin istədiyi də budur”. O da maraqlıdır ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Rusiya Prezidenti Vladimir Putinlə görüşündən az sonra ABŞ Xəzər dənizinə diqqət yetirməyə başlayıb. Dəniz və quru blokadası ilə yanaşı, 2026-cı ilin avqust ayından ABŞ İranın dünya ölkələri ilə aviasiya əlaqəsi saxlamasının da qarşısını almaq üçün sanksiya siyasətindən geniş şəkildə istifadə edir. Blokadanın ümumi nəticələri artıq İranın maliyyə sisteminə təsir göstərir. Xarici valyuta gəlirlərinin azalması milli valyutaya əlavə təzyiq göstərir, idxal olunan avadanlıq və xammalın qiymətini artırır və müəssisələrin fəaliyyətinə mane olur. ABŞ Maliyyə naziri Skott Bessent isə İran iqtisadiyyatının 2026-cı ilin martı ilə 2027-ci ilin martı arasında 25 faizdən çox kiçilə biləcəyini bildirir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı sənədi imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ