Ermənistan prezidenti Vaaqn Xaçaturyan noyabrın 10-da Ermənistan Respublikası ilə ABŞ arasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamenti ABŞ və Ermənistan arasında imzalanmış strateji infrastruktur və tranzit əməkdaşlığına dair “Tramp Marşrutu” (TRIPP) sazişinin ratifikasiyasını səsə qoyub.
Sənədin lehinə 63 deputat səs verib, 32 deputat əleyhinə çıxıb, bitərəf qalan olmayıb.
Beləliklə, qanunun prezident tərəfindən imzalanması ilə TRIPP layihəsi üzrə Ermənistanın daxili ratifikasiya prosesi başa çatıb.
Tahir TAĞIYEV