çərşənbə günü, 11 noyabr 2026
     

Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

Image


ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsinin həyata keçirilməsini sürətləndirmək üçün üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıb. İlkin mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə iki işçi qrup yaradılıb. Bu əməkdaşlıq 8 avqust 2025-ci il Vaşinqton razılaşmalarının icrası, regional nəqliyyat və enerji bağlantılarının genişləndirilməsi, ticarətin inkişafı və uzunmüddətli sabitliyin təmin olunmasını hədəfləyir.

Ermənistanla texniki əməkdaşlığın başlanması Azərbaycan-Ermənistan münasibətlərində etimadın formalaşmasına və sülh prosesinin irəliləməsinə hansı töhfəni verə bilər? Texniki razılaşmaların real nəticəyə çevrilməsi üçün hansı siyasi və hüquqi məsələlər həllini tapmalıdır?

Akif Nağı: "Ermənistan Azərbaycanla sülhə yox, iqtisadi imkanlardan yararlanmağa daha çox maraq göstərir"

Akif Nağı:

Politoloq Akif Nağı Azərbaycan-Ermənistan münasibətlərindəki son prosesləri "Bakı-Xəbər" qəzetinə şərh edərkən bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müşahidə olunan istənilən irəliləyiş müsbət qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu proses regionda sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir. Lakin Ermənistan cəmiyyətində və siyasi elitasında mövcud olan revanşist düşüncələr münasibətlərin tam normallaşmasına mane olur.

Politoloq qeyd edib ki, Paşinyan hakimiyyəti hazırda özünü demokratik dəyişikliklərin və Azərbaycanla sülhün tərəfdarı kimi göstərməyə çalışır, sülh müqaviləsinin imzalanmasını və konstitusiya dəyişikliklərinin aparılmasını dəstəklədiyini bəyan edir. Ancaq regionda və beynəlxalq güc mərkəzlərində siyasi vəziyyət dəyişərsə, Ermənistan rəhbərliyinin indiki mövqeyini qoruyub-qorumayacağı sual altındadır. Buna görə də Azərbaycanın proseslərə ehtiyatla yanaşması vacibdir.

Akif Nağının fikrincə, Azərbaycanın güclü mövqeyi və Türkiyə ilə strateji müttəfiqliyi regionda təhlükəsizlik baxımından mühüm amildir. Türk dünyası ilə əlaqələrin, xüsusilə Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da möhkəmlənməsi Ermənistanın mümkün təxribatlarının qarşısının alınmasında da əhəmiyyətli rol oynayır. Ermənistan anlamalıdır ki, bundan sonra atacağı hər hansı qeyri-konstruktiv addım ilk növbədə özünə zərər vuracaq.

Politoloq bildirib ki, hazırda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müəyyən irəliləyişlər olsa da, bu proseslər hələ tam reallaşmayıb. Azərbaycanın Naxçıvana daşımalarla bağlı atdığı addımlar, eləcə də Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana yüklərin daşınması regional kommunikasiyaların açılması baxımından əhəmiyyətlidir. TRIPP layihəsi çərçivəsində də müəyyən işçi qruplar formalaşdırılıb, nəqliyyat və enerji infrastrukturu ilə bağlı müzakirələr aparılır. Lakin Azərbaycan və Türkiyə tərəfində müəyyən hazırlıq işləri görülsə də, Ermənistan ərazisində real icra prosesinin başlanması hələ gözlənilir.

Akif Nağı hesab edir ki, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası sülh prosesinə müsbət təsir göstərə bilər. Bununla belə, Ermənistanın iqtisadi əməkdaşlıqda maraqlı olması onun siyasi sülhə də eyni dərəcədə hazır olduğu anlamına gəlmir. Çünki sülh müqaviləsinin imzalanması və parlament tərəfindən ratifikasiya edilməsi Ermənistan üçün 44 günlük müharibədəki məğlubiyyətin siyasi və hüquqi nəticələrinin qəbul edilməsi deməkdir. Bu səbəbdən ölkə daxilində ciddi siyasi müzakirələrin və müqavimətin yaranması mümkündür.

Politoloq Ermənistanın ərazi məsələlərində də qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, delimitasiya prosesində Qazaxın üç kəndi və Sədərəyin bir kəndi ilə bağlı mübahisəli yanaşmalar, eləcə də Göyçə və Qaragöl ətrafında səsləndirilən iddialar münasibətlərin normallaşmasını çətinləşdirir.

Akif Nağı yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını real hesab etmədiyini bildirib. O düşünür ki, Ermənistan ilk növbədə konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaları aradan qaldırmalı, siyasi bəyanatlarını konkret addımlarla təsdiqləməlidir. Əks halda, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində müəyyən irəliləyişlər əldə olunsa da, davamlı sülhə nail olmaq çətin olacaq.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ