ABŞ prezidenti Donald Tramp özünü dindar hesab etdiyi üçün ölümündən sonra cənnətə gedəcəyini gözlədiyini bildirib. O, bu açıqlamanı CBS News-a verdiyi müsahibədə verib.
Amerika lideri cənnətə düşəcəyini gözləyib-gözləmədiyi sualına "Ümid edirəm ki, belədir. Cəhənnəmə getmək istəmirəm", - deyə cavab verib.
Söhbət əsnasında jurnalist Trampa mərhum mühafizəkar fəal Çarli Kirkin anım mərasimindəki çıxışını xatırladıb. O zaman ABŞ prezidenti siyasi rəqiblərindən nifrət etdiyini və onlara yaxşılıq arzulamadığını bildirmişdi.
Jurnalist Ağ Ev prezidentinin cənnətə girmək üçün ilkin şərt olduğu təqdirdə rəqiblərini bağışlayıb-bağlamayacağını soruşub. Tramp isə bunu rədd edərək, belə bir açıqlamanın səmimiyyətsizlik olacağını deyib.
Amerika lideri rəqiblərini, ölkəyə ciddi ziyan vurmuş vicdansız insanlar adlandırıb. O, ABŞ-a olan sevgisinin siyasi rəqiblərinə qarşı ola biləcək hər hansı xoş hissdən daha güclü olduğunu vurğulayıb.
Tahir TAĞIYEV