ABŞ-da müharibəyə qarşı artan ictimai narazılığa görə, İran məsələsinə diplomatik həll yolu axtarışı Tramp administrasiyası üçün ən təcili və çətin məsələyə çevrilib.
"Washington Post" qəzetinin ABŞ və Avropa rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ İranla müharibəni dayandırmaq üçün Çindən kömək istəyib.
İddialara görə, ABŞ Maliyyə Naziri Skott Bessent Trampın göstərişi ilə Çin hökumətinə müraciət edib. Bessent Pekindən müharibəyə son qoymaq üçün İran üzərindəki təsirindən istifadə etməsini istəyib, Çin də bu mesajı Tehrana çatdırıb.
Bu arada, Trampın Çin prezidenti Cinpinlə 18 noyabrda Çində keçirəcəyi görüşdə İran məsələsinin gündəmdə olacağı gözlənilir. Görüşdə Rusiya prezidenti Vladimir Putinin də iştirak edəcəyi iddia edilir.
Çinin Yaxın Şərq üzrə xüsusi elçisi səfir Cai Jun-un müharibəyə son qoymaq üçün diplomatik səylər çərçivəsində regional ölkələr İran, Oman və Səudiyyə Ərəbistanına səfər etməsi gözlənilir.
Tahir TAĞIYEV