ABŞ prezidenti Donald Tramp müharibə bitdikdən sonra Ukraynanın çox güman ki, azad və müstəqil bir ölkə olaraq qalacağını, lakin "bir az fərqli bir formada" olacağını deyib. Tramp çox güman ki, burada sülh müqaviləsi çərçivəsində Ukraynanın sərhədlərində dəyişikliklərə işarə edir.
"Düşünürəm ki, biz bunu edəcəyik və düşünürəm ki, bu baş verəcək və Ukraynada bir az fərqli formada olacaq" – deyə Tramp CBS-in 60 dəqiqəlik proqramında Ross Douthatla müsahibəsində bildirib
Tramp bir daha iddia edib ki, ABŞ-ın keçmiş prezidenti Bayden Ukraynaya 350 milyard dollar nağd pul və silah bağışlayıb. Bunun əksinə olaraq, Tramp özünün Ukraynaya heç nə vermədiyini, əvəzində Avropaya tam qiymətə silah satdığını iddia edib. O, Baydenin israf etdiyi pullara görə təəssüfləndiyini bildirib.
Trampın fikrincə, ABŞ Ukraynaya "yer üzündəki ən yaxşı silahlar" da daxil olmaqla, çoxlu sayda silah verib, lakin qarşılığında heç nə almayıb.
Tahir TAĞIYEV