26-cı Knesset üçün andiçmə mərasimi zamanı İsrailin "Hatikva" adlı dövlət himni səsləndirilərkən ərəb partiyalarının nümayəndələri iclas zalını tərk ediblər. Yalnız "Ra'am" partiyasının sədri Mənsur Abbas zalda qalıb və himn səsləndirilərkən ayağa qalxıb. Newsru.co.il-in xəbərinə görə, son zamanlar millət vəkillərinin İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etməsi adət halını alıb. 2022-ci ildə, 25-ci Knessetin andiçmə mərasimi zamanı da ərəb partiyalarının nümayəndələrinin əksəriyyəti zalı tərk etmişdi; həmin vaxt Mənsur Abbas və "Hadaş" partiyasından bir millət vəkili zalda qalmışdı. "Ra'am" partiyası bildirir ki, onların millət vəkillərinin əksəriyyəti himn səsləndirilərkən zalda qalıb.
SAMİRƏ