Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı üçtərəfli danışıqlar üçün Əbu-Dabiyə yola düşüb. Bu barədə “İnterfaks" məlumat yayıb.
Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə keçiriləcək üçtərəfli danışıqların çərşənbə axşamı, noyabrın 10-da başlaması nəzərdə tutulur.
Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov "İnterfaks"a bildirib ki, danışıqlarda Rusiya tərəfini prezident köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, həmçinin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının iki idarəsinin nümayəndələri – İqor Kostyukov və Yuri Jiqarlovski təmsil edəcəklər.
İradə SARIYEVA