Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə, körpüləri və enerji infrastrukturunu hədəfə almaqla ölkə əhalisinin həyatını çətinləşdirməyə çalışır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesablarında məlumat verib.
O bildirib ki, cəbhə bölgələrinin nümayəndələri, Kiyev meri, hökumət rəsmiləri və hərbi komandanlığın iştirakı ilə görüş keçirib.
“Biz Rusiyanın zərbələri nəticəsində bölgələrin, şəhərlərin və icmaların üzləşdiyi problemləri, o cümlədən körpülərə və enerji şəbəkəsinə qarşı həyata keçirilən hücumların yaratdığı çətinlikləri ətraflı müzakirə etdik. Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə, şəhər və kəndlərimizdə yaşayan insanların həyatını mümkün qədər çətinləşdirməyə çalışır”, – deyə Prezident qeyd edib.
ZÜMRÜD