Oktyabr ayında Fransa üzrə supermarketlərdəki soyuducu qurğularda temperatur kəskin şəkildə yüksəlməyə başlayanda və nəticədə milyonlarla avro dəyərində ərzaq məhsulu xarab olanda, şübhələr dərhal Rusiyanın üzərinə yönəldi. Lakin bazar ertəsi Fransa Xarici İşlər Naziri bəyan etdi ki, bu kiberhücuma görə iranı haker qrupu məsuldur. O, baş verənləri "həm miqyasına, həm də təcavüzkarlıq səviyyəsinə görə misli görünməmiş" bir hadisə kimi xarakterizə etdi. Kiber müharibədə iştirak etməkdə ittiham olunan Şahid Kaveh, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə sıx əlaqələrə malikdir. Bu sirli bölmənin komandirinin tutulmasına kömək edəcək məlumat üçün 10 milyon dollar (7,4 milyon funt-sterlinq) mükafat təyin edilib. Həmçinin, Qərb hökumətlərindən biri tərəfindən onun barəsində beynəlxalq axtarış qərarı da çıxarılıb. Bu bölmə illərdir ki, rəqiblərinin şəbəkələrində gizli şəkildə fəaliyyət göstərir; ABŞ-dan İsrailə qədər müxtəlif ölkələrdə su təmizləyici qurğulara, elektrik şəbəkələrinə və yanacaq sistemlərinə zərərli proqram təminatı yerləşdirir.
Qeyd edək ki, kibercinayətkarlar soyuducularda temperaturu süni şəkildə 50°C-yə qaldıraraq, yüzlərlə mağazadakı qurğuları yararsız hala salıb, tonlarla məhsulun sıradan çıxmasına səbəb olublar.
SAMİRƏ