çərşənbə günü, 11 noyabr 2026
     

Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

Image


Gələn ildən Azərbaycanda fermerlərin gəlir və mənfəətinə tətbiq olunan tam vergi güzəşti 90 faizə endirilir. Hökumət bu yolla qeyri-neft gəlirlərini artırmağı hədəfləsə də, istehsalçılar artan xərclərdən, iqtisadçılar isə vergi yükünün iqtisadi fəallığı zəiflədəcəyindən ehtiyatlanır.

Məsələ ilə bağlı "Azadlıq" radiosuna danışan fermer Vəli Tağızadə qeyd edir: "Əkin-biçinlə ailə dolandırmaq getdikcə çətinləşir. Toxumun, gübrənin, dərmanın, suvarmanın xərci artıb. Məhsulu bazara çıxaranda isə qiyməti biz müəyyən etmirik. Bəzən çəkdiyimiz xərci belə güclə çıxarırıq. İndi də vergi məsələsi ortaya çıxıb". O, 10 ilə yaxındır ki, ailəsini tərəvəzçiliklə dolandırır. Deyir ki, son illər məhsulun satış qiyməti artan istehsal xərclərini qarşılamır. Üstəlik, 2027-ci ildən kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad olması 90 faizlik güzəştlə əvəzlənəcək. Tağızadənin sözlərinə görə, kiçik təsərrüfatın gəliri əvvəlcədən bəlli olmur: məhsulun bol olduğu il qiymətlər aşağı düşə, məhsuldarlığın zəif olduğu il isə xərclər daha da ağırlaşa bilər. Belə şəraitdə vergi öhdəliyinin yaranması istehsalçının qazancına birbaşa təsir göstərə bilər. İndiyədək kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəəti vergidən tam azad idi. 2027-ci il yanvarın 1-dən bu güzəşt 90 faiz həcmində tətbiq olunacaq. Başqa sözlə, istehsalçıların vergiyə cəlb olunan gəlir və mənfəətinin 90 faizi güzəştdən yararlanacaq, qalan hissə isə ümumi dərəcələrlə vergiyə cəlb ediləcək. Güzəştdən yararlanmaq üçün istehsalçılardan elektron qaydada qeydiyyatdan keçərək müvafiq gəlir və mənfəəti vergi bəyannaməsində göstərmək tələb olunacaq. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin komitə iclasında bildirib ki, yeni güzəşt mexanizmi beş il müddətinə qüvvədə olacaq. Sadələşdirilmiş vergi üzrə tam azadolmanın müəyyən şərtlərlə daha beş il saxlanılması da nəzərdə tutulur. Kənd təsərrüfatı istehsalçılarına vergi güzəştlərinin azaldılması hökumətin 2027-ci il üçün nəzərdə tutduğu daha geniş fiskal siyasətin tərkib hissəsidir. Parlamentə təqdim edilən büdcə layihəsinə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon, xərcləri isə 42 milyard 400 milyon manat olacaq. Büdcə kəsirinin 3 milyard 146 milyon manat təşkil edəcəyi gözlənilir. Dövlət Neft Fondundan transfertin 11.9 milyard manata endirilməsi nəzərdə tutulur ki, bu da cari ilin planından 935 milyon manat azdır. Neft Fondundan transfertin azaldılması və qeyri-neft gəlirlərinin artırılması hökumətin 2027-ci il büdcə siyasətinin əsas istiqamətlərindəndir. Maliyyə Nazirliyinin proqnozuna görə, Dövlət Vergi Xidməti xətti ilə büdcəyə 18 milyard 430 milyon manat daxil olmalıdır. Bu göstərici 2026-cı ilin təsdiqlənmiş planından 1.52 milyard manat (9 faiz), 2025-ci ilin faktiki icrasından isə 2.07 milyard manat (12.7 faiz) çoxdur. Vergi Xidməti üzrə proqnozlaşdırılan daxilolmaların 80.6 faizi – 14 milyard 850 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

Maliyyə naziri Sahil Babayev müzakirələr zamanı büdcə siyasətinin əsas istiqamətlərindən birinin neftdən asılılığın azaldılması və qeyri-neft gəlirlərinin artırılması olduğunu bildirib. Onun sözlərinə görə, bu məqsədlə real sektorun inkişafı və vergi daxilolmalarının artırılması növbəti ilin büdcə siyasətində əsas prioritetlər sırasındadır. İqtisadçı Toğrul Vəliyev hesab edir ki, neft gəlirlərinin payı azaldıqca hökumət büdcəni formalaşdırmaq üçün yeni mənbələr axtarır, lakin tətbiq olunan bu vergilər, əslində, əlavə imkan yaratmır: "Yəni hərəsi 3, 4, 5, 6, lap 100 milyon manat gətirə bilər, amma büdcənin xərclərini təmin etməyə yetmir". Onun fikrincə, neftin payı formal olaraq azalsa da, reallıqda iqtisadiyyat yenə də ondan asılı qalır. Onun sözlərinə görə, hazırda iqtisadiyyatın "boz" sahələrinə – məsələn, sosial şəbəkələr vasitəsilə satış edənlərə, kuryer fəaliyyətinə və digər kiçik sahələrə nəzarət sərtləşdirilir, dolayı vergilər də artırılır: "Bunu vergi bazası artsın deyə edirlər. Amma ölkədə vergi bazası ciddi şəkildə dəyişmir. Əhali ciddi sürətdə artmır, iqtisadi aktivlik də yoxdur. İqtisadi aktivliyin necə artırılması barədə suala cavab vermək isə çətindir, çünki bunun üçün müəyyən vaxt və investisiyalar lazımdır. Həmin investisiyalar da təkcə yol və məktəb tikintisindən ibarət deyil, həm də təhsil, səhiyyə və digər sahələrin inkişafı ilə bağlıdır". Vəliyev vurğulayır ki, bu cür investisiyalar uzunmüddətli nəticə verir, hökumət isə qısa müddətdə effekt görmək istəyir. Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb. Oktyabrda "Azeri Light" markalı neftin qiyməti isə bəzi günlərdə 120 dolları ötüb ki, bu da büdcə proqnozundan xeyli yüksək göstəricidir. Bunun fonunda, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 102 milyard 48.2 milyon manatlıq ÜDM istehsal olunub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1.5 faiz çoxdur. Neft-qaz sektorunda əlavə dəyər isə 1.2 faiz azalıb. İqtisadçı Məhəmməd Zeynallının fikrincə, neftin ucuzlaşması büdcə gəlirlərini və dövlət xərclərindən asılı olan iqtisadi fəallığı zəiflədə bilər. O bildirir ki, belə bir vəziyyətdə hökumət borclanma, Neft Fondunun vəsaitlərindən istifadə, vergilərin artırılması və ya xərclərin azaldılması arasında seçim etməli olacaq. Lakin o vurğulayır ki, siyasi səbəblərdən artırılan xərcləri sonradan azaltmaq çətin olur. İqtisadçı neftin qiyməti ilə iqtisadi artım göstəricilərini birbaşa müqayisə etməyin düzgün olmadığını da bildirir. Onun sözlərinə görə, neftin bahalaşması ixrac gəlirlərini artırsa da, real iqtisadi artım istehsal həcmlərindən asılıdır: "Məsələn, 2026-cı ilin ilk doqquz ayında ümumi real ÜDM 1.5 faiz, qeyri-neft-qaz sektoru 2.6 faiz artdığı halda, neft-qaz sektorunda əlavə dəyər 1.2 faiz azalıb". Ekspert qeyri-neft sektorundan vergi daxilolmalarının artmasını da iqtisadi şaxələndirmənin göstəricisi hesab etmir. O bildirir ki, dövlət sifarişləri və subsidiyalar hesabına böyüyən müəssisələrlə müstəqil özəl investisiya və ixrac hesabına inkişaf edən biznes arasında ciddi fərq var. İqtisadçı vergi yükünün artırılmasının formal məşğulluğa, sahibkarlığa və investisiya fəallığına mənfi təsir göstərə biləcəyini də deyir. Onun fikrincə, investorlar üçün təkcə mövcud vergi dərəcələri deyil, gələcəkdə vergi siyasətinin nə dərəcədə proqnozlaşdırıla bilən olması da vacibdir: "Davamlı vergi artımı gözləntisi investisiyaları zəiflədə bilər. Nəticə etibarilə, dayanıqlı büdcə siyasətinin əsasında dövlətin gəlir toplama imkanlarını məhdudiyyətsiz genişləndirmək deyil, gəlir və xərclərlə bağlı qərarları şəffaf və etibarlı fiskal qaydalara tabe etmək dayanmalıdır". Gürcüstan 2017-ci ildən Estoniya modelinə əsaslanan mənfəət vergisi sisteminə keçib. Bu modelə görə, şirkətlər mənfəəti biznesdə saxlayıb yenidən investisiya etdikdə həmin vəsaitdən dərhal vergi ödəmirlər. Vergi öhdəliyi yalnız mənfəət bölüşdürüldükdə – məsələn, dividend şəklində ödənildikdə yaranır. Estoniyada bölüşdürülən mənfəətə 2025-ci ildən 22 faiz, Gürcüstanda isə 15 faiz vergi tətbiq olunur. Modelin əsas məqsədi şirkətləri, qazancı götürməkdənsə, biznesə yenidən yatırmağa təşviq etməkdir. Bununla yanaşı, Gürcüstanda kənd təsərrüfatı istehsalçıları üçün ayrıca vergi güzəştləri də var. Öz məhsulunu emal etmədən, ilkin formada satan fermerlərin illik gəliri 200 min larini (131 min manat) aşmadıqda həmin məbləğ vergidən azad edilir. Yerli kənd təsərrüfatı məhsullarının ilkin satışına ƏDV tətbiq olunmur. Bundan başqa, bəzi növ toxumların, əkin materiallarının, pestisidlərin və aqrokimyəvi vasitələrin idxalı da ƏDV-dən azaddır. Bu güzəştlərin bir qisminin müddəti 2028-ci il yanvarın 1-dək uzadılıb.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ