Ukraynanın energetika naziri Denis Şmıhalın sözlərinə görə, ötən il Ukraynanın “Naftogaz” və Azərbaycanın SOCAR şirkətləri Ukraynaya ilk Azərbaycan qazını tədarük ediblər. Növbəti addım şirkətlər arasında uzunmüddətli müqavilələrin imzalanmasıdır.
"Biz həmçinin Ukraynanın yeraltı qaz anbarlarında təbii qazın saxlanması imkanını təklif edirik. Bundan əlavə, Azərbaycan tərəfi ilə təkcə Qara və Xəzər dənizləri arasında mövcud marşrutların inkişafını deyil, həm də gələcək üçün yeni logistika marşrutlarının inkişafını müzakirə etdik. Bu iş indi başlamalıdır.
Biz Ukraynanın bərpası və modernləşdirilməsi üzərində ayrıca işləyirik, Azərbaycan şirkətlərini vacib infrastruktur, enerji, sənaye və sosial obyektlərin bərpasına cəlb edirik", - deyə ukraynalı nazir qeyd edib.
Tahir TAĞIYEV